Qiymətli daşlarla dəriyə qulluq necə olur? – 6 MƏQAM

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 416
Səs ver:
(səs: 0)
Əvvəllər yalnız zinət əşyalarında istifadə edilən qiymətli daşlar, hazırda evimizə gözəl enerjisi yaysın deyə şəfalı əşyalar halına dönüb. Bununla yanaşı onlardan həm də dəriyə qulluq vasitəsi kimi istifadə etməyə başlanılıb. Bəs qiymətli daşlarla dəriyə qulluq necə olur?

Qadınla.Com bununla bağlı maraqlı məlumatı diqqətinizə çatdırır.

Qiymətli daşlar necə işləyir?
Hər daşın yaydığı bir titrəşim var. Bu titrəmə onun öz enerjisidir. Bu daşların enerjisi, ətrafdakı enerji balanssızlığını taraz saxlayaraq, rahatlıq və rifah yaradır. Ancaq hər daşın özünəməxsus bir şəfası olduğundan qiymətli daşlar da ehtiyaca görə dəyişir.Bəs daşınızın xüsusiyyətinə qərar verib, sizin üçün uyğun olanı tapdıqdan sonra nə etmək lazımdır? Əlbəttə ki, enerjisini təmizləmək lazımdır.Sizdən əvvəl necə bir enerjininona yükləndiyini bilmirsiniz. Buna görə daşınızı duzlu suda 12-24 saat saxlayın. Sonra 12 saat günəş işığında saxlayandan sonra qoymaq və ya taxmaq istədiyiniz yerə yerləşdirin. Artıq onun enerjisi müsbətdir.

Qiymətli daşlar hamamda
Qiymətli daşları hamamınızın ətrafına qoyub daha enerjili bir otağa nail ola bilərsiniz. Hələlik yeni tətbiq olunsa da, içində qiymətli daş olan sabunlar hazırlanmağa başlanıb. Bu sabunlar bədənin müsbət enerji ilə dolmasına kömək edir.

Qiymətli daşlarla dəriyə qulluq
Dəriyə qulluqda qiymətli daşlar, enerjisini verdiyi titrəşimlərlə və tərkibində olan minerallarla birlikdə istifadə edilən məhsulun müsbət təsirini olduqca artırır.

Dəriyə təsiri
Titrəyən qiymətli daşlar, dəridə rahatlıq yaradan zəif hüceyrələrə doğru irəliləyir. Dərinin havalanmasına şərait yaradır, onu rahatlayır. Misal üçün, gül kuvarsı daşı, sakitləşdirir, qan dövranını təmin edir və qızarıqlıqların qarşısını alır.

Qiymətli daşlar suda
Titrəyən enerjinin suda olduğunu düşünün. Qiymətli daşların enerjisini suda da hiss etmək istəyənlər rahatlamaq, dərilərini gözəlləşdirmək və sağlıq üçün bu daşları sularında da istifadə edir.

Dəri xəstəliklərini də sağaldırlar
Dərinizə qulluq etməsəniz, eqzema, aşınma, dəri quruluğu, göbələk kimi müxtəlif dəri xəstəlikləri ilə qarşılaşa bilərsiniz. Ancaq qiymətli daşlar bu kimi dəri xəstəliklərinin müalicəsində dəistifadə olunur. Misal olaraq, ametist daşı dəri xəstəliklərinə qarşı faydalı bir daş olaraq tanınır.

Stressi aradan qaldırır
Qiymətli daşların yaydığı titrəşimlər, ani duyğu dəyişmələri vəziyyətində sizi tarazlaşdırır, pozitiv hiss etmənizə şərait yaradır. Eyni zamanda problemlərinizə çarə olaraq istifadə edəcəyiniz bu daşlar mənfi düşüncələri zehninizdən uzaqlaşdıracağı üçün stressi də azaldır. Stressin azalması da bir çox xəstəliyin stresslə əlaqəli olduğunu təxmin edərsək, sizin hər hansı bir sağlıq problemi ilə qarşılaşmamanız demək ola bilər. Ruhən yaxşı hiss etdiyiniz bədən də özünü yaxşı hiss edəcək və daha pozitiv yüklənmiş bir əhvalla yola çıxacaqsınız.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri