Hər səhər yuxudan xoşbəxt oyanmağın 7 YOLU

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 155
Səs ver:
(səs: 0)
Çoxumuz səhər tezdən oyananda qarşıdabizi ağır bir iş gününün gözlədiyini düşünərək, bir az həvəssiz oluruq. Amma bu haldan yaxa qurtarmağın da öz sirləri var. Buyurun ,Qadınla.Com hər səhər yuxudan xoşbəxt oyanmağın 7 yolunu göstərir.

1. Gülümsəyərək oyanın
Bu gün fürsətlər və yaxşılıqla dolu bir gün olacaq. Qəlbinizi bu yeni günlə gələn fürsətlərə gülümsəyərək açın.

2. İnsanlara sevgi ilə yaxınlaşın
İnsanlara güzgüdən özünüzə baxdığınız kimi baxın. Hər insanın özünə aid problemləri və istəkləri var. Özünüzü sevdiyiniz kimi, insanları da sevin, onları olduğu kimi qəbul edin.

3. Bu günün möhtəşəm bir gün olacağına inanın
Xoşbəxt olmaq, həyatdan zövq almaq üçün doğulduğunuzu unutmayın. Yaxşı bir gün olacağına inanın, kainat sizə yaxşı şeylər təqdim edəcək.

4. Bu gün üçün yaşayın
Sabah nə olacağını çox düşünməyin. Bu gün üçün yaşayın.

5. Hiss etdiklərinizi söyləməkdən çəkinməyin
Doğru olanı edin, birlikdə olduğunuz insanı sevin. Hiss etdiklərinizi söyləməkdən çəkinməyin. Əsl insanlar hiss etməkdən qorxmaz, onlar dünyanı dəyişdirməyə qabildirlər. Bu gün hər şey sizin üçün var. Unutmayın ki, bu günün hər dəqiqəsi, hər saniyəsi sizə xoşbəxt olmağınız üçün fürsətlər verəcək.

6. Gününüzü təşəkkür edərək tamamlayın
Gün boyu yaşadığınız bütün yaxşı şeylər üçün minnətdar olun.

7. Xoşbəxtliyinizi davam etdirin
Bunun qarşılığını alacağınızı unutmayın və daim bunu yaddaşınızda canlandırın
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri