Hansı yağda qızartmaq daha faydalıdır?

Şərhlər: 5
Baxılıb: 2 620
Səs ver:
(səs: 1)
Alimlər yağda qızardılmış qidaları nadir hallarda istehlak etməyi tövsiyə edirlər.
Qızardılma zamanı ziyanlı maddələr (aldegid və s.) ifraz olunur ki, onlar ürək-damar sistemi xəstəliklərinin və xərçəngin riskini artırır. Bu hal istənilən yağdan (bitki, kərə və s.) istifadə etdikdə baş verir.
2015-ci ildə fransız alimlər xüsusi araşdırma aparıblar. Onlar müxtəlif yağlarda qızdırılma zamanı ifraz olunan ziyanlı maddələrin miqdarını təyin edirdilər. Məlum olub ki, bu mənada ən ziyansız zeytun və kərə yağlarıdır. Lakin hər bir halda bu yağlarda da qızardanda kanserogen maddələr əmələ gəlir.
Qızartma uçün ən ziyanlı isə günəbaxan və qarğıdalı yağlarıdır. Mütəxəssislər onları yalnız hazır qida və salatlara əlavə etməyi tövsiyə edirlər.
Qızardılma prosesini daha ziyansız etmək üçün sizə alimlərin bəzi tövsiyələrini təqdim edirik:
- Qızardılma zamanı mümkün qədər az yağdan istifadə etmək.
- Eyni yağda bir neçə dəfə qızartmamaq.
- Çox qızartmamaq.
- Toyuq, kotlet, kartof və s. qızartdıqdan sonra kağız dəsmalın üzərinə qoymaq ki, artıq qalan yağ dəsmala hopulsun.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri