Çay üçün 8 faydalı əlavə - OXUYUN VƏ FAYDALANIN

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 675
Səs ver:
(səs: 0)
Çay ən populyar içkilərdən biridir. Bir fincan ətirli isti çay yalnız dadlı deyil, həmdə olduqca faydalı ola bilər. Çayı bu əlavələrlə hazırlamağa cəhd eləsən, görəcəksən ki, adi bir içkini necədə gözəl, heyranedicidi dadlı və təkrarolunmaz ətirli bir içkiyə çevirmək olar.

1. Qurudulmuş sitrus qabıqları Limon, portağal və digər sitrus meyvələrinin qabıqlarını qurudun. Bunları çaya əlavə edərək, siz yalnız ətirli içki deyil, həm də faydalı bir dərman əldə edəcəksiniz.

2. Qurudulmuş qaragilə və ya böyürtkən giləmeyvələriBu giləmeyvələrlə çay təmizləyici təsirə malikdir, mədə-bağırsaq traktının xroniki xəstəliklərinin qarşısını almağa yardımçı olur.Bu cəhəti xüsusi ilə zəhərlənmə zamanı aktualdır. Böyürtkən çayı həm də, mədə və bağırsaqlarda xroniki xəstəliklər zamanı, qanaxmanın qarşısını alır.

3. Yasəmən çiçəkləri
Ümumi gücsüzlük, halsızlıq və yorğunluq sindromunda çox faydalıdır. Yasəmən iştahı artırır, aşağı qan təzyiqini yüksəldir, mədənin selikli qişasının iltihabını aradan qaldırır.

4. Zəncəfil kökü Bu, maddələr mübadiləsini aktivləşdirməyə qadir olan, ən faydalı tonuslaşdırıcı vasitələrdən biridir. Çayı hazırlamaq çox sadədir, zəncəfili xırdalayıb üzərinə qaynar su əlavə eləmək kifayətdir. Zəncəfil ilk növbədə isidici və gümrahlaşdırıcı xüsusiyyətləri ilə tanınır. Çox vaxt onu arıqlamaq üçün,aktiv yağ yandırıcı kimi istifadə eləyirlər.

5. Həmişəbahar çiçəyi
Bu ətirli çiçəklərin, toxumları və ləçəkləri nəhəng bakterisid təsirə malikdirlər, əgər üfüqdə soyuqdəymə və angina görünürsə, onda bu onları cay üçün əvəzolunmaz əlavəyə çevirir.

6. Lavanda çiçəyi ilə çay
Nevrozlar, stresslər və depressiyalar zamanı bu çox faydalı bir vasitədir. Bu spazmaları qaldıran güclü sakitləşdirici vasitədir.

7. Nanə
Nanəli çay haqqında hamı bilir. Nanəli çay qədər, çox az sayda, sakitləşdirici vasitə var. Nanənin ətirli qoxusu axşam vaxtı dincəlməyə, bronxial öskürəyi sakitləşdirməyə, soyuqdəymə zamanı hərarəti aradan qaldırmağa qadirdir.

8. Razyana meyvəsi
Razyana- ağciyər, boğaz, bağırsaq və böyrək iltihabları xəstəlikləri zamanı ən əla vasitədir. Üstəlik razyana çayının tamıda çox gözəldir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri