Ramazanda baş ağrısını dərmansız yox etməyin ÜSULLARI

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 703
Səs ver:
(səs: 0)
Ramazan ayının ilk günlərində bədən oruca alışmadığı üçün baş ağrısının olması normaldır.
Baş ağrısı xüsusilə axşama doğru şiddətlənir. Baş ağrısının təbii və asan yollarla müalicə üsulları bəzən dərmanlardan daha yaxşı təsir göstərir.
Qadınla.Com baş ağrısının alternativ tibbi müalicə üsullarını təqdim edir:

Lavanda yağı istifadə edin
Lavanda yağı baş ağrısını azaldan ən effektli təbii üsullardan biridir. Gözəl qoxuya malik olan bu bitki baş ağrısına da yaxşı təsir edir. Hər gün alnınıza masaj edərək tətbiq edin. Yaxud da 2 və ya 3 stəkan qaynamış suyun içinə 3-4 damcı lavanda yağı əlavə etdikdən sonra buxarını qoxulayaraq baş ağrısı problemindən qurtula bilərsiniz.

Nanə yağı ilə baş ağrısının təsirli müalicə üsulu
Nanə yağı baş ağrısını dərmansız aradan qaldıran möcüzəvi üsuldur. Qaynar suyun içinə bir miqdar nanə yağı əlavə edib yenə bir müddət buxar vannası qəbul edin.Nanə çayı isə acını rahatlaşdırmaqüçün istifadə edilən güclü sakitləşdiricidir. Çobanyastığı çayıda ağrını azaltmağa yardım edir. Odur ki, iftarda qara çayla yanaşı bitki çaylarına da yer verin.

Reyhan yağının faydası
Reyhan yağı baş ağrısını müalicə edir. O, beyin sinirlərini sakitləşdirir.Kətan toxumu ilə baş ağrısına son Omeqa 3 baxımından olduqca zəngin olan kətan toxumu baş ağrısının səbəb olduğu iltihabları aradan qaldırır.

Masaj edin
Müəyyən masaj texnikaları ilə qısa müddətdə baş ağrısından xilas olmaq mümkündür. Əllərinizlə başınıza dairəvi hərəkətlər edərək masaj edin.Qaşların arasından alnınıza doğruvə burun deşikləri üzərindən göz kənarlarına doğru masaj edərək baş ağrısını azalda və ya tamamiləyox edə bilərsiniz.
Yaxud da gicgahlarınıza 2 kartof dilimi qoyaraq 30 dəqiqə gözləyin.

Açıq havada gəzintiyə çıxın
Uzun müddət qapalı şəraitdə qaldıqda oksigen çatışmazlığından dolayı başınız ağrıya bilər. Odur ki, açıq havada yürüşə çıxın. Həyətdə, ya da parkda yürüşə çıxmaq baş ağrısını azaldır.

İsti duş qəbul edin
Gərginlik nəticəsində yaranan başağrısını yox edən ən təsirli üsul isti duşdur. İsti duş həm bədəni rahatlaşdıracaq, həm də baş ağrısını yox edəcək.

Soyuq kompres
Bütün sadaladıqlarımızın heç bir təir etmirsə, bir yerə uzanın və 15 dəqiqə ərzində ağrılı nahiyəyə buz torbası tətbiq edin.

Sarımsaq
Sarımsaq suyunu 1 xörək qaşığı bal ilə qarışdırıb udun. Bu, beyin duyğularını yenidən canlandıracaqvə ağrını azaldacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri