İşlərimizi asanlaşdıraq - Sınaqdan çıxmış məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 480
Səs ver:
(səs: 0)
Gündəlik məişət zəminində qarşılaşdığımız problemləri asanlıqla həll edə bilərik.

Qadinla.com xırda çətinlikləri asan yollarla həll etməklə həyatınızı asanlaşdıra biləcəyiniz vasitələri təqdim edir:

- Saxsı qablardakı bitkilərinizə böcəklər dadanıbsa, onda bitkilərin dibinə siqaret külləri tökün.

- Saçları rəngləyərkən kənarlara batan rəng ləkələrini təmizləmək üçün pambığı südə batırıb təmizləyin.

- Hıçqırıq tutduğu zaman 15 saniyə ərzində nəfəsinizi tutub, sonra 3 dəfə udqunun. Qısa müddət ərzində hıçqırığınız kəsiləcək.

-3 saat qəbul edilən soyuq duşuyla 40 kalori yandıracaqsınız.

- “Boğazın ağrayır, soyuq şey yemə, dondurma qəti olmaz!” Bu düşüncə yanlışdır. Dondurma soyuq olduğu üçün boğaz ağrısına faydalıdır.

- Mədəniz bulanırsa, 1 qaşıq qəhvə tozu yeyin.

- Tər əleyhinə antipersperantları səhər deyil, gecə sıxsanız, daha az tərləyərsiniz.

- Turşu qoyarkən duzun artıq və ya kəm olduğunu öyrənmək üçün içərisinə yumurta, ya da zeytun atın, əgər batmırsa, deməli duzu yaxşıdır.

- Yediyiniz acı qida ağzınızı yandırdısa, su içmək yerinə çörək içi, ya da şirin şeylər yeyin.

- Ütünün içinə tökdüyünüz suyun tərkibinə ətrinizdən bir az vursanız, geyimləriniz çox qəşəng qoxacaq.

- Yumurta qaynadarkən qabığının çatlamamasını istəyirsinizsə, suya yanmış kibrit atın.

- Makyaj etmədən əvvəl üzünüzə nəmləndirici krem sürtün bir az gözləyin. Daha sonra makyaj edin. Makyajınızı uzun müddət olduğu kimi qalacaq.

- Evdən makiyajsız çıxdığınız günlərdə 1 ədəd kök yeyib üzünüzə rəng qata bilərsiz.

- Portağalları sıxmadan əvvəl bir müddət soyuq suda saxlasanız, portağalın suyunu yarı miqdarda artıra bilərsiniz.

- Yeməkdən əvvəl dişlərinizi təmizləsəniz, daha az yemək yeyib daha tez arıqlayarsınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri