Ramazanda ürəyin yorulmasına səbəb olan 8 vərdiş

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 271
Səs ver:
(səs: 0)
Su yerinə qazlı, duzlu və şəkərli içkilər içmək
İftarda yeməyə başlamazdan əvvəl 1 və ya 2 fincan su içmək lazımdır. qazlı içkilər ürək ritminin pozulmasına səbəb olur. Duzlu içkilər qan təziqini qaldırır. Şəkərli içkilər qan şəkərinə təsir edir.

Ət məhsulları və xəmir yeməklər
İftar süfrəsində sosiska və bunun kimi ət məhsulları, lazımsız yerə duz təzyiq və ürək yetməzliyi olan xəstələr üçün mənfi nəticələrə səbəb ola bilir.

İmsaka oyanmamaq
İmsaka qalxmamaq üçün axşam yatmazdan əvvəl yemək və imsakda sadəcə su içərək yenidən yatmaq 16 saatdan çox ac qalmağa və həzmin zəifləməsinə səbəb olur. Uzun aclıq zamanı qan şəkəri düşür, maye ilə duz itirilməsi yaranır və təzyiq düşür.

İmsakda ağır yemək yemək
İmsakda ağır və yağlı qidalar yeyildikdə metabolizma zəifləyir, qidaların yağa çevrilməsi baş verir. Mədə xəstəliklərinə səbəb olur. İmsakda şəkər miqdarı yüksək olan qidalar qan şəkərini artırır və tez aclıq hissi yaradır.

İftarda sürətli yemək
Ramazanda edilən xətalardan ən böyüyü, çox sürətli formada yeməkdir. İftarda sürətli yemək ürəklə beynə gedən qan axınının azalmasına səbəb olur.

İftardan sonra siqaret çəkmək və çay içmək
İftardan sonra siqaret və çoxlu çay içmək nikotin səbəbi ilə təzyiqin artmasına, döyüntüyə səbəb olur.

Ağır idman etmək
İftardan sonra idman salonunda məşq ürəkdə ritm pozuntusuna səbəb olur. Yüngül yürüş daha uyğunudur.

Həkimlə məsləhətləşmədən oruc tutmaq
Bəzi xəstəliyi olan xəstələrə oruz tutmaq olmaz, ona görə də mütləq həkimlə məsləhətləşməlidirlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri