Orqanizmi duzdan necə təmizləyək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 159
Səs ver:
(səs: 0)
Orqanizmdə duz yığıntısının birinci səbəbkarı biz özümüzük. Necə? Yediyimiz bütün bişmiş qidalar və rafinə (emal) olunmuş ərzaqlar orqanizmdə əriməyən quzuqulağı turşusu yaradır. Duz oynaqlara, damarlara yığılır, zamanla öz sağalmayan fəsadlarını üzə çıxarır. Bunun üçün iradəli, məsuliyyətli olub ana təbiətin bizə verdiyi nemətlərlə rasionu dəyişmək lazımdır.

Qara turpu yaxşı-yaxşı yuyun. Qabıqlı-qabıqlı dezinfeksiyaedici məhlula (marqans, yodinol) qoyub,15-30 dəqiqə saxlayın. Soyuq suda yaxalayın və şirəsıxan maşından keçirib, şirəni ağzı möhkəm qapanan şüşə qaba tökün. Bu məhlulu soyuducuda saxlayın. Gündə 3 dəfə (hər hansı vaxtda) qəbul edin – hər dəfə 30qr. Çox olmaz. Fəsad verər. Fasilə vermədən 10 kq turpun şirəsini için.

Bu müddət ərzində yağlı xörəklər, ət, nişasta, yumurta yemək olmaz. Qida hər vaxt təbii olmalıdır, xüsusilə də müalicə vaxtı.

Bərk ağrılar baş verə bilər. Təhlükəli deyil. Bu, o deməkdir ki, xəstəlik izsiz-tozsuz yoxa çıxır. Dərman içməyin.

Bişmiş xörəkləri menyudan çıxarsanız, orqanizmə daha heç vaxt duz yığılmayacaq. Mütəxəssislərin apardığı tədqiqatlar göstərir ki, quzuqulağı turşusunun duzunu yalnız və yalnız quzuqulağı turşusu əridə bilir. Quzuqulağı turşusu isə çiy şəkildə yeyilən tərəvəzdən, meyvədən, şüluldan, göy-göyərtidən, zoğlardan, yarpaqlardan əmələ gəlir. Təkcə çiy xörəklə ötüşməyə hər adamın hünəri çatmaz. Belələrinə xüsusi resept təklif edirik.

Beş dəfnə yarpağının (lavrovı list) üstünə 300 ml qaynar su tökün, zəyif odda 5 dəqiqə qaynadın. Dərhal su ilə bərabər termosa tökün, 4 saat dəmdə qalsın. Mayeni süzüb xırda qurtumlarla için. Bütün mayeni 12 saata bölmək lazımdır. Birdən-birə çox içmək qanaxmaya səbəb olar. Bunu üç gün təkrar edin, mümkün olsa, vələmir samanı vannası, ya da iynəyarpaq (xvoy) budaqlarının, yaxud maqnezium duzunun vannasını qəbul edin: 3 gün bağırsağı imalə ilə təmizləmək, kontrast su vannaları və hava vannaları qəbul etmək, Katsuzo Nişinin məşhur sağlamlıq sisteminin 6 qaydasına əməl etmək vacibdir. Bir həftədən sonra proseduranı yenidən 3 gün təkrar etmək lazımdı. Qəbzliyi olan adamlar imaləyə ara verməlidirlər.

Birinci il oynaqları hər 3 aydan bir, sonralar ildə 1 dəfə təmizləmək lazımdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri