Çətin problemlərin asan həll yolu

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 329
Səs ver:
(səs: 0)
Gözümüzdə böyütdüyümüz və həll yolunu tapa bilmədiyimiz bəzi məsələlər 1+1=2 qədər sadədir:

Yuxusuzluqla mübarizə aparırsınız? 4-7-8 üsulundan istifadə edin: 4 saniyə burnunuzdan nəfəs alın, 7 saniyə nəfəsinizi tutun və 8 saniyə yavaş-yavaş nəfəsinizi buraxın. Təkrar edin.

Yatmazdan öncə 1 fincan yaşıl çaydan zövq alın. Beləliklə, yatdığınız zaman kalori yandıracaqsınız, çünki yaşıl çay metabolizmi sürətləndirir.

Bəzi işlərinizi əsas olmayan əlinizlə görməklə beyninizi daha da aktivləşdirə bilərsiniz. Misal üçün, solaxaysınızsa, dişlərinizi sağ əlinizlə fırçalayın və ya əksinə.

Nəyisə xatırlamağa çalışdığınız zaman yumruğunuzu sıxın. Beləliklə, beyin yaddaşınız aktivləşəcək.

İdman zalında musiqi dinləyərək məşq etdiyiniz zaman qaldıra biləcəyinizdən 15 kilo artıq çəki qaldırmağı bacaracaqsınız.

Yeri gəlmişkən, idmana başlamazdan öncə qəhvə içsəniz, daha çox kalori yandıracaqsınız.

Nə qədər sürətli yesəniz, bir o qədər çox çəki yığacaqsınız. Elmi araşdırmalar göstərmişdir ki, boşqabını qısa zamanda boşaldanlar ay ərzində 2kq, digərləri isə cəmi 600q çəki alır.

Şamın daha gec əriməsini istəyirsinizsə, onu soyuducuda saxlayın.

Güllərin gec solmasını istəyirsinizsə, suya 1 ədəd aspirin dərmanını atın.

Marketdə alış-veriş zamanı ucuz ərzaqlar axtarırsınız və tapa bilmirsiniz. Təbii ki, tapa bilməzsiniz. Çünki ən ucuz ərzaqlar gözdən uzaq yerlərdə, yəni aşağı rəflərdə gizlədilir
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 329
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri