Arı sancmasına faydalı olan təbii üsullar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 1 467
Səs ver:
(səs: 0)
Arı sancmasına lazımi müdaxilə etmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs, arı sancmasına nə yaxşı gəlir? Qadinla.com olaraq arı sancmasına yaxşı gələn təbii müalicə üsullarını sizlər üçün araşdırdıq.

Arı sancması bəzi insanlarda allergik reaksiyalara səbəb olur. Bu adamlara mütəxəssislər tərəfindən müdaxilə edilməlidir. Allergiyası olmayan şəxslərin yaşadığı arı sancmasına qarşı isə insanların bilməsi lazım olan bəzi məqamlar var.

Allergiyası olmayan şəxslərin, arı salmasına qarşı bilməsi lazım olanlar:

ARI SANCDIQDAN SONRA NƏ EDİLMƏLİDİR?

İlk növbədə arı sancdıqdan sonra panik edilməməlidir. Arı sancdığı yerdən əl ilə çıxarmağa çalışdıqda, kisəsindəki bütün zəhərin qana qarışma ehtimalı var və bu üzdən çılpaq əl ilə müdaxilə edilməməlidir. Bu mənfi halın baş verməməsi üçün iynənin çöldə qalan hissəsi pinset vasitəsilə çıxarılmalıdır. İynə çıxardıqdan sonra təbii müalicə üsulları tətbiq oluna bilər.

Arı sancmasından sonra tətbiq olunan təbii üsullar;

Ortadan iki bölünmüş sarımsağı arının saldığı rayona 10 dəqiqə ərzində masaj edərək sürün. Sarımsağın antiseptik xüsusiyyəti sayəsində zəhər qana qarışmadan özünü orqanizmdən atmağa başlayacaq.

Karbonat iltihab qurudan təsiri sayəsində həm ağrını alar, həm də yaranan ağırlaşmalara mane olur. 3 yemək qaşığı karbonatı, yarım çay stəkanı soyuq su ilə qarışdırın. İçərisinə altı damla limon suyu əlavə edin və arının sancdığı yerə masaj edərək tətbiq edin.

Soyuq qatıqda arı sancmasına yaxşı gələn təsirli üsullardan biridir. Həm ağrısını həm də infeksiya qapma riskini azaldan qatqı sürmədən əvvəl arının saldığı yerə 4 damcı limon sıxın.

Lavanda qarışığının antibakteriyel xüsusiyyəti sayəsində, arı zəhərlənmələrinə qarşı olduqca təsirlidir. Pambıq köməyiylə sürdüyünüz lavanda yağının təsiri keçdikdən sonra təkrar etməyə davam edin. Lavanda yağı uçucu olduğundan su ilə qarışdıraraq istifadə edə bilərsiz.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri