Dərman qəbul edərkən qəbul edilməməsi gərəkən qidaların SİYAHISI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 443
Səs ver:
(səs: 0)
Daim istifadə edilən dərmanlarla yanaşı bəzi qidaların yeyilməməsi lazım olduğunu bilirdinizmi? Məhz ekspertlərin da xəbərdarlıq etdiyi dərmanla bərabər və ya dərman alındıqdan dərhal sonra istehlak edilməməsi lazım olan qidaları Qadinla.com sizlər üçün təqdim edir.

BAKTERİYAL İNFESKSİYA DƏRMANLARI VƏ İŞLƏNMİŞ ET
Amin turşu tiramin əhatə edir; Salami, kolbasa və sosis kimi ətlər yeyildikdən sonra bakteriyel infeksiya dərmanları almaq təzyiqdə qəfil sıçrayışlara yol açır. Bundan başqa, banan, avakado və şokolada da amin turşusu daxildir.

XOLESTERİN DƏRMANI VƏ QREYPFRUT
Qreypfrut və qreypfrut şirəsi xolesterin səviyyəsini artırır. Bu da ayaq ağrısı başda olmaqla bədənin bəzi bölgələrini dərmanların yan təsirlərinə həssas hala gətirir.

TƏZYİQ DƏRMANLARI İLƏ BANAN
Təzyiq dərmanları bədəndəki kalium miqdarını artırır. Normalda faydalı olan kalium həddindən artıq aldıqda ürək problemləri ortaya çıxır. Banan başda olmaqla yaşıl yarpaqlı tərəvəzlər və portağal bol kalium daxildir. Bu üzdən təzyiq dərmanları alındıqdan ən az bir saat sonra bu qidalar yeyilməlidir.

TETRASİKLİN ANTİBİOTİKLƏR VƏ SÜD MƏHSULLARI
Süd və süd məhsullarında olan kalsium, antibiotiklərin mənimsənməsini azaldır. Bu üzdən süd və süd məhsulları istehlak etdikdən 1-2 saat sonra antibiotik alınmalıdır.

ÜRƏK ÇATIŞMAZLIĞI DƏRMANLARI VƏ BİYAN KÖKÜ
Qara biyan kökündə olan gliserizin, diqoksin ilə bir araya gələndə ürək atışı nizamsızlığı ortaya çıxır. Biyan kökü eyni zamanda təzyiq dərmanı, ağrı kəsici, doğum idarə həbi və qan həlledicilərin təsirini azaldır.

QAN DURULAŞDIRICI DƏRMAN İLƏ İSPANAQ VƏ ZOĞAL SUYU
İspanaq və digər tünd yaşıl yarpaqlı tərəvəzlərdə olan K vitamini, qan həlledicilərin təsirini artıraraq qanın laxtalanmasına səbəb olur.

Qan durulaşdırıcı dərman istifadə etdikdən sonra zoğal suyu içən xəstələrin qanlarının qeyri-adi sulandığı və bunun da təhlükəli ağırlaşmalara yol açdığı aparılan araşdırmalarda ortaya çıxmışdır.

TİROİT DƏRMANLARI VƏ QOZ
Qoz və digər lif baxımından zəngin qidalar tiroit dərman vasitələrinin mənimsənməsinə mane olur. Tiroit dərman vasitələrində olan kimyəvi maddələrin sorulması üçün yatmadan dərhal əvvəl alınması təklif edilir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri