Siqaret aludəçiliyinə son qoymağın ən effektiv yolları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 965
Səs ver:
(səs: 0)
İlk siqaret hər zaman əyləncəlidir: sevdiyiniz dostlarınızın əhatəsində şən abu hava, bəlkə 1-2 qədəh içki, orqanizminiz isə saat kimi işləyir! Ancaq artıq bir neçə ay sonra dişlər saralır, ağız boşluğunuzdan və geyimlərinizdən xoşa gəlməz qoxu gəlməyə başlayır. Daha sonra isə öskürək, halsızlıq, mədə və böyrək ağrısı, ürək funksiyasının pozulması və ən pis halda onkoloji xəstəliklər sizi gözləyəcək. Siqaret həyatınızın 20 ilini külə çevirəcək. Belə ki, statistikaya əsasən siqaret aludəçiləri 35-60 yaşlarında vəfat edir.

Bütün bunları öyrəndikdən sonra, siqareti atmaq qərarına gəlsəniz ən effektiv üsullardan istifadə edin. Bu üsullar həm statistik həm də elmi sübutunu tapmışdır:

İdmanla məşğul olun

Araşdırma göstərmişdir ki, fiziki çalışmalar pis vərdişlə bağlı düşüncələrdən uzaqlaşdırır, əhval-ruhiyyəni qaldırır və iradəni gücləndirir.

İstəyi basdırmağın yollarını tapın

Ekspertlərin rəyinə əsasən kəskin siqaret çəkmək istəyi 3-5 dəqiqə davam edir. Bu zamanı başqa bir məşğuliyyətlə doldursanız istəyiniz keçəcəkdir. Məsələn, orqanizminiz nikotin tələb etdiyi zaman alma yeyin və ya idman hərəkətləri edin. Sadəcə pəncərəni açıb, ciyərlərinizə təmiz havanı çəkmək də bir variantdır.

Raionunuzda meyvə və tərəvəzlərin miqdarını artırın

ABŞ-ın Buffalo Universitetinin apardığı araşdırmanın gedişatında sübut olunmuşdur: aludəçi nə qədər çox meyvə və tərəvəz yeyərsə, siqaretdən imtina etməsi bir o qədər asan başa gələr. İş oradadır ki, bəzən orqanizm lif tələbatını nikotin tələbatı ilə səhv salır. Bu səbəbdən də kələm və alma ilə hazırlanmış salatdan sonra siqaret çəkmək arzusu sakitcə meydanı tərk edir.

Süd için
ABŞ-ın Dük Universitetinin apardığı araşdırma zamanı məlum olmuşdur ki, süd siqaretin dadına mənfi təsir göstərir. Bundan əlavə araşdırma siqaretin dadını gücləndirən qida məhsullarının da siyahısı açıqlamışdır. Odur ki, siqareti atmağa hazırlaşdığınız dövrdə qəhvə, ət və spirtli içkiləri rasionunuzdan çıxarın.

Orqanizmi tütünün zəhərindən təmizləmək üçün nə etməli?
Gün ərzində 2 litr su için. Suyu yaşıl çay və ya aloe şirəsi ilə də əvəz edə bilərsiniz.
Ağız boşluğunu qida sodası əlavə olunmuş su ilə yaxalayın. (1 stəkan suya 1 çay qaşığı qida sodası)
Ciyərlərinizdəki nəmi aradan qaldırmaq üçün otağınız havalandırmasına nəzarət edin. (Nəm 50%-dən az olmamalı, temperatur maksimum 22°С olmalıdır.)
Yol yaxın ikən qayıdın!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri