İlansancma zamanı nə etməli?​

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 845
Səs ver:
(səs: 0)
İlansancması yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunur. Statistikaya görə, hər il ölkəmizdə təxminən 120-130 ilansancma halı olur. Təəssüf ki, əksər hallarda zərərçəkəni həkimə çatdırana qədər hansı tədbirləri görmək lazım gəldiyini heç də hamı bilmir. Bunu nəzərə alaraq həkim və mütəxəssislərin bəzi məsləhətlərini nəzərə çatdırırıq.
İlansancması üçün xarakterik əlamət bundan ibarətdir: sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, zədələnən nahiyənin keyiməsi müşahidə olunur. Əsaslı tibbi baxışa qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməlidir. Bunun üçün əvvəlcə ilan sancan adamı sakitləşdirmək, qorxu və həyəcan hissini aradan qaldırmaq lazımdır. Sonra onu uzadaraq rahat şərait yaradılmalıdır. Əl altında olan materiallardan istifadə edərək yara nahiyəsinə şina qoyulmalıdır. Bundan sonra yaradan zəhəri çıxarmağa çalışmaq lazımdır. Sorma üsulu ilə zəhərin 20 faizini xaric etmək mümkündür. Zəhərin sorulması üçün iki əsas şərt tələb olunur: ilan sancandan sonra yalnız ilk 5-10 dəqiqə ərzində zəhəri sormaq mümkündür və bu zaman ağız boşluğunda yara, sıyrıntı, çürük və kariyes dişlər olmamalıdır.
Yara üzəri xörək duzu məhlulu ilə isladılmalı, olmasa, təmiz quru sarğı qoyulmalıdır.
Yaddan çıxarmaq olmaz ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsiklər aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı və müşahidə altında tutulmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri