Boyun ağrılarından xilas olun – 10 QIZIL QAYDA

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 508
Səs ver:
(səs: 0)
Ani hərəkət, fiziki fəaliyyətin kifayət qədər olmaması və müxtəlif xəstəliklər nəticəsində meydana gələn boyun ağrıları hər yaşda ortaya çıxa bilər. Kor-koranə dərman və əzələ boşaldanlardan istifadə ağrıları daha da artıra bilər. Lakin müasir müalicə üsullarına əlavə olaraq görülən fərdi tədbirlər ağrıların qısa müddətdə nəzarət altına alınmasını təmin edir. Türkiyəli fiziki müalicə və reabilitasiya mütəxəssisi Sabahattin Verim boyun ağrıları və müalicəsi haqqında görülə biləcək ən uyğun tədbirlərdən danışıb.

Həkim bildirir ki, boyun ağrılarının bir çox səbəbi ola bilər. Boyun ağrıları boyun onurğasını meydana gətirən sümüklər, oynaqların və onurğaların arasında olan disklərlə birlikdə onurğa ətrafındakı əzələ və bağlarda ortaya çıxan problemlər səbəbindən meydana gəlir: “Müasir həyatın və davamlı oturaq həyat tərzinin nəticəsi olan boyun ağrıları həyat keyfiyyətini aşağı salır. Hər 3 nəfərdən biri həyatı boyu ən az bir dəfə boyun ağrısından şikayət edir. Müasir həyatın gətirdiyi mənfiliklərdən biri olan boyun ağrılarına boyun yırtığı, disk degenerasiyası, boyun onurğasında əhənglənmə, miyofasial ağrı sindromları, revmatizm, osteoporoz, düzgün olmayan duruş və boynu düzgün tərpətməmək kimi bir çox səbəblər gətirib çıxarır”.

S. Verim kompüter qarşısında vaxt keçirənlərə isə xüsusən diqqətli olmağı məsləhət görür. Eləcə də evdar xanımlar və uzun yola çıxan sürücülər, davamlı eyni nöqtəyə baxan insanlar və müəllimlərdə boyun ağrılarına daha tez-tez rast gəlinir. Qolda qüvvət itkisi, barmaqlarda keyləşmə, hissizlik, baş önə əyildikdə boyun və kürək ağrısı, boyun hərəkətində qısıqlıq və qollara yayılan ağrı varsa, mütləq fiziki müalicə və reabilitasiya mütəxəssisinə müraciət etmək lazımdır.

Qeyd edək ki, bədən yaşlandıqca boyun ağrıları arta bilər. Boyun 7 ədəd onurğadan meydana gəlir. Onurğalar arasında isə hərəkəti təmin edən disklər yer alır. Bu disklər ehtiva etdiyi su və kollagen quruluşu sayəsində onurğa üzərində olan yükü azaldır. Eyni zamanda iki sümüyün toxunaraq bir-birinə təmas etməsinə də mane olur: “Yaş irəlilədikcə və ya zədələr artdıqca disk toxuması suyunu itirir, daha sərt və hərəkət məhdudiyyəti yaşayır. Bədənin yükünü daşıyan bu disk toxuması degenerasiyaya uğradığı zaman ağrılar ortaya çıxmağa başlayır. Bunlar boyun ağrılarının ən əhəmiyyətli səbəblərindən biri olan boyun yırtığının əlamətləridir”.

Boyun ağrılarının qarşısını almaq üçün 10 qızıl qayda
1. Masa arxasında işləyənlər qol dəstəkli bir kürsüdə, çiyinləri geridə və ayaqları yerə dəyəcək formada oturmalıdır. Kürək, bel və boyun bir yastıq ilə dəstəklənməlidir.

2. Uzun müddət kompüterdən istifadə etmək, kitab və qəzet oxumaq, televiziyaya baxmaqdan qaçmaq lazımdır.

3. Hündür yerdən nəsə götürəcəksinizsə, nərdivandan istifadə edin və ya o yüksəkliyə yaxın olmağa çalışmayın. Ani və sərt hərəkətlərdən uzaq durun.

4. Xüsusilə iş görərkən rahat və sıxmayan paltarlar geyinin.

5. Masada oturarkən və ya kompüter istifadə edərkən 45 dəqiqədən bir 5 dəqiqəlik ara verin, ayağa qalxın, yeriyin və ya rahatlanma məşqləri edin.

6. Üz üstə deyil, kürək üstə yatın, yastıqla boynun normal əyriliyi qorunmalıdır. Televiziyaya baxarkən baş divanın qoluna qoyulmamalıdır və bu formada yatmaq olmaz.

7. Telefonla danışarkən telefonu çiyinlə baş arasına sıxışdıraraq danışmaq olmaz.

8. Gün ərzində mütəxəssis istiqamətləndirməsi ilə planlaşdırılan gərmə və gücləndirmə məşqləri edin.

9. Onurğa sağlamlığı üçün yerimə və üzmə kimi məşqlər edilməməlidir.

10. Stressdən mümkün qədər uzaq durun, ictimai fəaliyyətlərə daha çox üstünlük verin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri