Əldən soğan qoxusunun gəlməməsi üçün nə etməli?

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 963
Səs ver:
(səs: 0)
Yemək hazırlayan zaman ən çox istifadə etdiyimiz tərəvəzlərdən olan soğan təəssüf ki, xoşagəlməz bir qoxu yaradır.

Qadınla.Com-ın mətbəx bölməsi əllərdən soğan qoxusunun gəlməməsi üçün təbii üsullar təklif edir:

1. Duz ilə ovun
Soyuq su ilə qarışdırılaraq məcun halına gətirilən duz əllərə sürtüləndə və yuyulduqdan soğan qoxunun aparır. Bundan başqa, təbii yumşaldıcı vəzifəsiniyerinə yetirir.
Ancaq bu əməliyyatdan sonra krem sürtməyi unutmayın. Çünki duz əllərinizin qurumasına səbəb ola bilər.

2. Əlləri pomidorlu suyunun içinə salın
Ən az 5 dəqiqə pomidorlu suyun içində qalan əllərdən soğan iyindən əsər-əlamət qalmayacaq.
Sonra əllərinizi maye sabunu ilə yuyun.

3. Əlləriniz metala sürtün
Paslanmaz polad materiallar həyatın istənilən sahəsində istifadə edilir. Soğansoyduqdan sonra əlinizi kranın üstünə qoysanız, bu qoxu yox olacaq. Dəmir bir qaşıq da eyni işi görür.
Çünki soğanın içərisində pis qoxuya səbəb olan sulfid molekulları metal ilə əks təsirə girərək qoxunun yaranmasını neytrallaşdırır.

4. Limon suyu ilə sürtün
Əllərinizi limonli suda 3 dəqiqə saxlandıqda qoxudan əsər-əlamət qalmadığını görəcəksiniz.
Əgər limon yoxdursa, sirkə və ya qarqara da istifadə edilə bilər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 963
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri