Belə qazan və tavaları dərhal atın! Ölümcül təhlükə

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1 584
Səs ver:
(səs: 0)
Bir çox evlərdə teflon tava və qazanlardan istifadə olunur.Lakin istifadədə çox rahat olan bumətbəx ləvazimatları ciddi təhlükəmənbəyidir. Söhbət köhnə, teflon qatı üzərində çat və cızıqlar olan tava və qazanlardan gedir.

Qadınla.Com xəbər verir ki, elmi araşdırmalar zədələnmiş teflon qatının sağlamlıq üçün çox ciddi ziyanını aşkar edib.Belə ki, teflon qatı zədələndikdə qidaya toksiki perftoroktan turşusu daxil olmağa başlayır.
İnsan orqanizminə düşdükdə bu turşu xolesterinin səviyyəsinin artmasına, immun sisteminin zəifləməsinə, qalxanvari vəzidə pozulmaların riskinin artmasına səbəb olur.

Bundan əlavə araşdırmalar göstərir ki, perftoroktan turşusuxərçəngin inkişafına da təkan verə bilər. Gəmiricilər üzərində aparılmış eksperimentlər göstərib ki, turşu qaraciyər, mədəaltı vəzi,cinsiyyət orqanlarında xərçəng şişlərinin yaranmasına səbəb ola bilər.

Bu səbəbdən son zamanlar mütəxəssislər teflon qazan və tavaların istifadəsindən imtina etməyə çağırır.

Mütəxəssislərin fikrinə görə, paslanmayan polad və ya çuqundan hazırlanmış tava və qazanlardan istifadə etmək qat-qat daha təhlükəsizdir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri