İstiyə dözümü olmayanlar üçün – Təzyiq, ürək-damar və diabet xəstələrinin diqqətinə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 205
Paylaş:
Səs ver:
(səs: 0)
Anormal istilər və sabahkı günə gözlənilən rekord temperatur istini pis keçirən, risk altında olan insanlarımıza daha diqqətli olmağı tələb edir.
Bu məsləhətlər yaş fərqi olmadan 35 yaşdan 70 yaşa kimi hamıya vacibdir. Xüsusən şəkərli diabet, təzyiq, ürək-damar, venoz damar problemləri, göz xəstəlikləri olanlar üçün istinin nə kimi fəsadlar yarada biləcəyini araşdırdıq.

1.Nə vaxt anlamaq olur ki, gün və istidən orqnaizmdə mənfi dəyişikliklər baş verir və təcili yardıma müraciət olunmalıdır?

Ümumiyyətlə, ürək əməliyyatı keçirmiş, ürək çatışmazlığı olanlar, işemik insult keçirmiş xəstələr, təzyiqi yüksək olan insanlar hallarının xarab olmasını gözləmədən anormal isti hava elanı eşidən kimi dərhal müalicə həkimi ilə görüşməli, ən azı məsləhətləşməlidir. O, həmin gün ərzində təzyiq ölçmə müqayisəsi aparmalı, dərman dozası dəyişməli, hətta ola bilsin əlavə preparat təyin oluna bilər. Yay aylarında hər ay üçün elektrokardioqramma çəkilməlidir.

Yayda çox tərləmə ilə xəstələrin orqanizmindən duz, kaliy və maqniy daha çox ifraz olunur. Kalium azalması ritm dəyişikliklərinə səbəb olur.
Damar keçirməməzləliyi, şəkər xəstələri və ürək xəstələri qanın analizini verməli və trombyaranma riski araşdırılmalıdır. Belə istilərdə damarlar çox sıxılıb genişləndiyindən tromblaşma və tutulma, damar partlama ehtimalı yüksəkdir. Əgər analizlər verilərsə, qan durulaşdırıcı və damarlar üçün preparatlar təyin olunur.

2.Bədənin maye itkisinin qarşısını necə almalı?

Xüsusən yaşlı adamlar və uşaqlar üçün çox təhlükəli məqamdır. Yüksək temperaturdə orqanizmin su-elektrolit balansı pozulur. Adi halda sutkalıq 1 litr maye qəbulu tələb olunursa, çox isti havada bu 2-3 litrə çatır. Amma bu adi suya aiddir. Üstəlik tərlə duz da ifraz olunduğundan orqanizmdə duza da tələbat yaranır. Ona görə mineral su içməlisiz. Mütəxəssislər, soyuq, buzlu su içməyi məsləhət görmür. O suyu içdikdən sonra, tərlə çıxır və özü ilə mineral, duzları yuyub aparır.

3.Bayılma təhlükəlidir, yoxsa?

Əgər gənc insan bayılırsa və bu təzyiqin aşağı düşməsindən baş verirsə, onu kənara çəkib, ayaqlarını yuxarı qaldırmaq, su vurmaq və şirin nəsə içirtməklə özünə qısa müddətdə gətirmək asandır. Amma istənilən halda təcili yardım çağrılmalıdır.
Əgər yaşlı insan, üstəlik ürək-damar xəstəsidirsə, o zaman ayaqlarını yuxarıl qaldırmayın. Yüksək təzyiq səbəbindən işemik insult, infarkt ola bilər. Bu halda xəstəni sərin kölgə yerə çəkib, üzərinə su vurmaq, sakitliyini təmin etmək, başını yuxarı qaldırmaq və hava almasını təmin etmək lazımdır.

4.İş görmək olarmı?

Orta yaşlı insanlara isti günlərdə idman, yürüş, fiziki məşğuliyyət, iş görmək olmaz. Xüsusən qadınlar günorta qaz kənarında dayanıb yemək bişirməsinlər.
Yaxşı olar ki, kondinsioner və ya ventilyator olan otaqda günortalar yatsınlar. Bütün işlər səhər 11-ə kimi və axşam gün batandan sonra olmalıdır

5.Super metod – yapon şərfi

Bu üsula yaponlar " mini kondinsioner” də deyir. Yaponlar isti olan kimi ağ yaylığı soyuq suda isladıb boyunlarına sarıyırlar. Istənilən təmiz pambıq parçanı isladıb boynunuza sarıyın. Quruyan kimi yenidən isladın. Fərqi dərhal hiss edəcəksiz.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 205
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
bu isdilere hec kimin dozumu olmaz
11 iyul 2018 21:33
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
CANAN
Menimde istiye dozumum yoxdu. Her gun yaxalaniram yoxsa nefesim kesiler
8 iyul 2018 14:21
4
canan qizim sirin seker qizim.
Offline
Cema_Axodova
Menim bir az ureyimde problem var deye bir az isti olan kimi nefesim kesiler az qala.kondisoner olmasa yawaya bilmerem
7 iyul 2018 19:53
3
p.s
Offline
BARBI
Son usulu etmek olar maraqlidir
7 iyul 2018 19:03
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Yağmur
Menim isdiye dözümüm yoxdu
7 iyul 2018 17:33
1
Olduğun yeri cennete cevirmedinse her qacdığın yer sene cehennemdi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri