Necə edək ki, sərinləyək, amma xəstələnməyək?

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 717
Səs ver:
(səs: 0)
Həkimlər deyir ki, kondisioner işləyən otaqda uzun müddət qalmaq orqanizmdə fəsadlara yol açır.

Bir çoxları yayın qızmar günlərində dənizə üz tutur, yaxud bölgələrdə istirahət edir. Əlacı olmayanlar isə təsəllini kondisionerin verdiyi soyuq havada tapır.
İlk dəfə 1902-ci ildə ABŞ-da Uillis Kerrier tərəfindən ixtira edilən kondisionerlərdən əvvəlcə istehsalat yerlərində istifadə edilirdi. Getdikcə kifayət qədər geniş tətbiq olunan cihaz, artıq 1950-ci ildən etibarən məişətdə də yer almağa başlayır. Günümüzdə artıq demək olar ki,heç biri evi, ofisi, ticarət mərkəzini kondisionersiz təsəvvür edə bilmərik. Amma bir çox hallarda evlərdə, ofislərdə otağın temperaturu həddən artıq soyudulur. Görəsən, bu, nə dərəcədə düzgündür? Ümumiyyətlə, kondisionerin yaratdığı soyuq hava orqanizmə necə təsir edir?

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, kondisionerdən istifadə edərkən diqqətli olmaq lazımdır:"Çalışmaq lazımdır ki, otaqdakı hava ilə çöldəki hava arasında çox böyük fərq olmasın. Bəzən hətta kondisioneri 16-18 dərəcədə işlədirlər. Otaq şəraitində bu temperaturu əldə etmək çətin olur. Digər tərəfdən, uzun müddət həddən artıq soyuq hava altında dayanmaq orqanizmdə müxtəlif xəstəliklərə səbəb olur. Çünki bu zaman orqanizmdə termo-requlyasiya prosesi pozulur və nəticədə soyuqdəymə baş verir. Kondisionerlər işləyən otaqda uzun müddət oturmaq və yatmaq olmaz. Həmçinin bu zaman soyuq maye və qidalar qəbul etmək düzgün deyil. Yay vaxtı yaranan soyuqdəymənin əsasında bu faktorlar dayanır. Belə məsələlərə diqqət etmək lazımdır. Bundan başqa, kondisioner ildə bir dəfə təmizlənməlidir. Çünki orada çoxlu mikroblar olur. Hər dəfə kondisioner işlədikcə, bu mikroblar havaya buraxılır və insan orqanizminin nəfəs yollarına düşür. Bu isə pnevmaniya xəstəliyinə səbəb olur. Təəssüflər olsun ki, bir çox insan buna riayət etmir. Ümumiyyətlə, kondisionerin işlədiyi otağın havası tez-tez dəyişdirilməlidir. Bütün bunlar kondisionerin təlimatında da var. Çünki kondisionerin, havanı soyutmaqla yanaşı,nəmləndirici təsiri də var. Havada olan sudamcıları nəm şəkildə yenidən havaya buraxılır. Yeri gəlmişkən, kondisioneri elə quraşdırmaq lazımdır ki, soyuq hava kütləsi birbaşa insanlara təmas etməsin.Neytral bir zona daha məqsədəuyğundur.Bu kimi məsələlərə başdansovdu yanaşmaq olmaz. Xüsusilə uşaqların olduğu evlərdə otağın havası nəzarətdə saxlanılmalıdır. Uşaq olan otaqda fasiləsiz kondisioner istifadə etmək olmaz. Otağın temperaturu sərinlədikdən sonra kondisioneri söndürmək lazımdır. Kondisionerin uzun müddət işləməsi uşaqların yuxarı tənəffüs yollarında virus və infeksiyaların fəallaşmasına səbəb ola bilir".

Həkim-terapevt Məlahət Abbasova bildirdi ki, temperatur fərqi mütləq balanslaşdırılmalıdır. Əks halda orqanizm kəskin temperatur fərqinə mənfi reaksiya verə bilər:
"İsti yay günlərində kondisionerdən istifadə edənlərin sayı təbii olaraq artır. Amma əgər evdə uşaq varsa, valideynlər diqqətli davranmalıdırlar. Xüsusilə uşağın hansısa bir xəstəliyi varsa, bu zaman məsələyə daha həssas yanaşılmalıdır. Kondisionerdən elə istifadə etmək lazımdır ki, normal otaq temperaturu olsun. Otağı həddən artıq soyutmaq lazımdeyil.
Temperatur balansı pozulduqda, uşağın orqanizminin buna dözmək qabiliyyəti aşağı düşür və onlar tez-tez xəstələnirlər. Həddən artıq soyuq hava təkcə uşaqların deyil, böyüklərin də orqanizminə mənfi təsir edir. Temperaturu elə nizamlamaq lazımdır ki,orqanizm buna adaptasiya ola bilsin. Xroniki xəstəliklərdən əziyyət çəkənlər xüsusi diqqətli olmalıdır. Çünki soyuq havada onların xəstəliyi daha da kəskinləşir. Amma bu o demək deyil ki, kondisionerdən ümumiyyətlə, istifadə etmək olmaz. Çünki son günlərdə anomal istilər müşahidə olunur. Uşaqların orqanizminin istiyə dözümü yoxdur. Belə havalarda uşaqları gün altına çıxarmaq olmaz. Onlar otaq temperaturunda saxlanılmalıdırlar".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri