Yorğunluqla necə mubarizə aparmaq olar.?

Şərhlər: 3
Baxılıb: 1 834
Səs ver:
(səs: 0)
Yorğunluq modern əsrin əhəmiyyətli bir problemidir. 7-dən 70-ə hamımızın şikayət etdiyi yorğunluğun səbəbi, adətən, pis vərdişlərimizdir. Bədənimizi haldan salan vərdişlərə birlikdə nəzər salaq. Yorğunluğa diabet, dəmir çatışmazlığı anemiyası, depressiya kimi xəstəliklər də səbəb ola bilər. Yuxusuz qalmaq Hüceyrələrin bərpası və yenilənməsinə xidmət edən melatonin hormonu qaranlıqda, saat 23:00-05:00 aralığında ifraz olunur. Az yatan insanlarda isə nizamsız ifraz olunaraq yorğunluğa səbəb olur. Melatonin hormonunun ifraz olunması və hüceyrələrin bərpası üçün 6-8 saat yatmaq çox vacibdir. Həmçinin, həftə sonu da yuxunuza diqqət etməlisiniz. Günə səhər yeməyi yemədən başlamaq Gecə biz yatarkən bədənimiz enerji istifadə etməyə davam edir. Qara ciyərdə toplanan enerji deposu qismən boşalır. Səhər saatlarında isə bədən qismən boşalmış enerji deposunu doldurmağa çalışır. Əgər səhər yemək yeyilməzsə, qan şəkəri düşür və insan gün ərzində özünü yorğun hiss edir. Hərəkətsiz həyat tərzi Enerji sərf etmək yerinə hərəkətsiz həyat sürən insanlar adətən halsız olur. ABŞ-ın Georgia Universitetində aparılan tədqiqatda insanların gündə 20 dəqiqə idman hərəkətləri etməsinin nəticəsində 6 həftədə halsızlıq əlamətlərinin azaldığı ortaya çıxmışdır. Tətilə çıxmamaq Davamlı şəkildə işləyən insanlarda beyin yorğunluğu meydana gəlir. Bu, tətil ehtiyacının yarandığına bir işarədir. Çünki tətilin beyni və bədəni istirahət etdirmək üçün vacib bir əhəmiyyəti var. Ancaq tətildə işdən mümkün qədər uzaq olmaq lazımdır. Əks halda tətilin heç bir mənası qalmır. Texnologiyadan istifadədə ifrata varmaq Planşet, kompüter və smartfonların yaydığı şüalar gecə boyu ifraz edilən melatonin hormonuna mənfi təsir göstərir. Bu cihazların yatmazdan əvvəl və ya yataqda istifadəsi keyfiyyətsiz yuxuya səbəb olur. Keyfiyyətsiz yuxu da növbəti günə yorğun oyanmaq mənasına gəlir. Araşdırmalara əsasən bu cür cihazları yatmazdan 2 saat əvvəl söndürmək lazımdır. Kofe və çayı gec saatlarda içmək Bir çoxumuz günün erkən saatlarında kofe və çay kimi kofeinli içkiləri içirik. Bu vərdiş günə enerjili başlamağımıza kömək etsə də, kofein toplanması bədəndə neqativ enerji yaratdığı üçün irəliləyən saatlarda narahatlıq və halsızlığa səbəb olur. Axşam saatlarında bu içkilərin qəbulu isə yuxu keyfiyyətini aşağı salır. Bu cür içkilər yuxudan ən az 6 saat əvvəl içilməlidir. Lazımi qədər su içməmək Bədəndəki su səviyyəsinin sadəcə yüzdə ikisini itirdiyimiz zaman belə enerjimiz yüzdə 20 nisbətində azalır. Bədəndəki maye itkisi qan həcminin azalmasına səbəb olur. Qan qatılaşdıqca da toxumalara və əzələlərə lazımi qədər oksigen çatmır. Bu səbəbdən də bədən halsız qalır. Hər gün 2 litr su içməyi unutmayın. Özümüzə vaxt ayırmamaq Səhər tələsik yeyilən səhər yeməklərindən sonra işə tələsmək, bitmək bilməyən telefon və elektron poçtlara cavab vermək, uşağı məktəbdən gətirmək, evi yığmaq... Məsuliyyətlərimizi yerinə yetirməyə çalışarkən özümüzə vaxt ayırmamağın əvəzini yorğunluqla ödəyirik
....
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri