Dünya mətbəxlərində istifadə olunan hiylələr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 545
Səs ver:
(səs: 0)
Çili bibərini sevirsiniz, ancaq onun həddən artıq acılığı sizi qorxudur? Bibərin tumlarının və aralıqlarını kəsin. Daha sonra tərəvəzi yuyun. Qoxu qalacaq, acılıq isə meydanı tərk edəcək.

Kartofu yağda qızartmadan necə xırt-xırt olmasını təmin etmək olar? Kartofun üzərinə bir miqdar un səpin və qarışdırın. Daha sonra bişirin.

Qaymaqlı şirniyyatın kalori dəyərini azaltmaq üçün qaymağın 3/4 hissəsini yumurta ağı ilə əvəz edin.

Tərəvəzləri bişirərkən onları soyuq suya atmalısınız yoxsa qaynayan suya? Cavab çox sadədir: yerin üzərində yetişən tərəvəzləri soyuq, yerin altında yetişənləri isə qaynar suya atmaq gərəkdir.

Mükəmməl xəmirin sirri sadədir: unun çəkisi şəkər tozunun çəkisi ilə, yumurtanın çəkisi isə yağın çəkisinə bərabər olmalıdır.

Sitrus meyvələrindən bol şirə almağın bir neçə üsulu var. Ən effektiv üsullardan biri isə meyvəni bir müddət isti suda saxlamaqdır.

Hər kəs bilir ki, xəmiri yaxşıca yaymaq üçün masanın üzərinə un səpmək gərəkdir. Əgər şirniyyat bişirməyə hazırlaşırsınızsa, unu kakao tozu ilə əvəz edin. Şirniyyat daha ətirli alınacaq.

Mükəmməl steyk hazırlamaq üçün tavanı yaxşıca qızdırmaq şərtdir. Tavadan buxar çıxırsa, bişirməyə başlaya bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri