İstirahətə gedəndə hansı dərmanları götürmək lazımdır? – Həyati vacib bilgilər

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 291
Səs ver:
(səs: 0)
Uzaq ölkəyə kurorta və istirahətə, səfərə getdikdə özünlə mütləq kiçik dərman qutusu götürməlisən.

Yəni vacib dərmanları və tibbi vasitələri bir qaba yığıb çemodana qoy. Xüsusilə ailəlikcə yay istirahətinə gedənlər zədə, yanıq, zəhərlənmə, soyuqlama və digər xəra-bəladan sığortalanmadığını bilir. Düzdür səfər sığortası var. Amma təcrübə göstərir ki, xarici ölkədə, dağda, meşədə, dənizdə sığorta şirkəti ilə danışıb həkim tapana kimi gec də ola bilir. Yaxınlıqda aptek olmaya da bilər.

Qadinla.com istirahətə özünüzlə götürə biləcəyiniz dərmanları təqdim edir.

Soyuqlama, qripə qarşı
Çox adam dənizdən sonra soyuqlayır, qrip, qızdırma başlayır. Soyuqlamanı elə də müalicə etməyə gərək yoxdur, 5 günə özü çəkilir. Əsas çoxlu maye qəbul etmək lazımdır. Amma əlinizin altında bir qızdırma əleyhinə, bir burun damcısı olsa, işiniz yüngülləşər.

İbuprofen, parasematol, burun və boğaz spreylərini götürün. Mütləq termometr də götürməlisiz.

Özünüzlə antibiotik götürməyə gərək yoxdur, çünki virus infeksiyaları və qızdırma antibiotiklə sağalmaz.

Əgər hərarət düşməsə, qusma, ishal başlasa, yaxınlıqdakı təcili yardıma gedin.

Günəşdən qorunma vasitələri
Çox isti, günəşli istirahət yerlərinə və dənizə gedəcəksinizsə, günəş yanıqlarına qarşı vasitələr götürün.

Travma, zədələr üçün
Yod, "perekis", bint, plastır, levomikol bəs edər.

Həşəratlardan qorunma
Ən vacib preparat Repellent sizə çox həşəratın yaxınlaşmasının qarşısını alacaq. Amma Rusiyada tərəflərdə səfərdə olsanız, Sibir gənəsindən özünüzü qoruyun, ensefalit ola bilərsiz.

Tailand, Malayziya, Vyetnama getdikdə isə, malyariyaya qarşı peyvənd etdirin, ya da xüsusi preparatlar alıb gedin.

Allergiyaya qarşı
Yeni olduğunuz ölkənin havası, yeməyi, bitkiləri sizdə allergiya yarada bilər. Ona görə aptekinizdə müasir, effektiv antihistamin allergiya preparatları olmalıdır.

Ciddi allergiyası olanlar, allergiyadan üzü, boynu şişəcək qədər problemli insanlar özləri ilə Deksametazon ampulları, şpris və spirt götürməlidir.

Zəhərlənmə əleyhinə
İstirahətdə ən çox zəhərlənmə faktları olur. Bunun üçün yanınızda sorbentlər (smekta və s.) və bağırsaq antiseptiki (enterofuril və s.) olmalıdır. Zəhərlənmə zamanı tez-tez qusma baş verir ki, bu da susuzlaşmaya səbəb olur. Mütləq özünüzlə susuzlaşmanın qarşısını alan vasitələr (məsələn, reqidron) götürün.

Əgər gündəlik hər hansı dərmanları qəbul edirsinizsə (mələnə, təzyiq, şəkər dərmanı və s.) onları da unutmayın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri