Kompotun hazırlanma qaydası

Şərhlər: 5
Baxılıb: 3 595
Səs ver:
(səs: 0)
Kompot — təzə meyvələrin şəkərli su ilə qaynadılması şəklində hazırlanan bir içki növüdür.

Ümumi məlumat
Gündəlik istifadə etmək üçün kompot təzə meyvə-giləmeyvə, qurudulmuş meyvə-giləmeyvələrdən hazırlanır. Xammalın kompot üçün hazırlanması qaydası meyvə-giləmeyvələrin yeyilməyən hissələrdən təmizlənməsi, çıxdaş edilməsi, yuyulması və doğranılması əməliyyatından ibarətdir. Kiseldən fərqli olaraq kompotda meyvə və giləmeyvə öz formasını saxlamalıdır.

Hazırlanma qaydası
Bəzi meyvə-giləmeyvələr qaynadıldıqda əriyib, suya qatışdığından onları suya və şərbətə tökən kimi dərhal qızdırılma dayandırılır. Bərk meyvələr dilimlənir, 15-25 dəq. bişirilir. Meyvənin tərkibindəki həll olan maddələrin suya daha çox çıxması üçün şəkərin kompot soyuduqdan sonra əlavə edilməsi məsləhət görülür. Kompotun ətrini və dadını yaxşılaşdırmaq üçün hər paya 5-10 q miqdarında üzüm şərabı əlavə edilir. Qurudulmuş meyvə-giləmeyvələrdən kompot hazırladıqda onları seçib təmizlənir, 3-4 dəfə isti suda yuyulub, sonra bişirirlər. Əgər bir neçə meyvə qurusundan (qaxından) kompot bişiriləcəksə, onda meyvələri seçib ayrılıqda bişirmək və sonra qarışdırmaq lazımdır. Alma və armud qaxı 35-40 dəqiqə,başqa meyvələr 15-20 dəqiqə, üzüm qurusu 3-5 dəqiqə bişirilir. Sonra bunlar qarışdırılır, üzərinə şəkər əlavə edilib soyudulur. Kompotun meyvəsi bütöv, şirəsi şəffaf, qəhvəyiyə çalan rəngdə, dadı şirin və ətirli olmalıdır.

Meyvələrdən feyxoa kompotu, itburnu kompotu, albalı kompotu, heyva kompotu, meyvə qurusundan kompot, qurudulmuş meyvə qarışığından kompot, gilas kompotu, çiyələk kompotu, armud kompotu, moruq kompotu və s. kompotlar hazırlanır
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri