Dünyaca məşhur aşpaz Gordon Ramsey-dən xanımlara mətbəx sirrləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 512
Səs ver:
(səs: 0)
Dünyaca məşhur restoranların ən məşhur aşpazlarından biri olan Qordon Ramsey, qadınların mətbəxdə işlərini asanlaşdıracaq təkliflər verdi. Məhz dünya şöhrətli aşpaz Qordon Ramsayden mətbəx sirlərini Qadinla.com sizə təqdim edir.

Ləzzətli yeməkləri və yeməklər haqqında verdiyi bir-birindən maraqlı püf nöqtələr ilə yaddaşlara həkk olunan dünya şöhrətli aşpaz Qordon Ramsey, qatıldığı bir televiziya proqramında mətbəxdə həyatımızı asanlaşdıracaq ipucu verdi.

Qordon Ramsayden mətbəx sirləri.

Dünyaca məşhur aşpaza görə; Nanə və reyhan kimi otların ziyafətə ləzzəti keçməsi üçün onlari çox əzmədən doğramaq lazımdır. Bunun üçün görəcəyiniz ilk iş, yumşaq yarpaqları üst üstə qoyub kiçik bir rulon halına gətirərək incə lentlər halında kəsmək. Beləliklə, həm kəsmə taxtasına yapışmırlar həm də yeməkləriniz mis kimi qoxuyar.

Cəfəriləri bir-bir ayıraraq vaxt itirmək əvəzinə, otun sapından bərk-bərk qavrayıb kəskin bir bıçaqla kökdən uca doğru yarpaqları "təraş etməyiniz" kifayətdir.

Yeni aldığınız tam yetişməyimiz bananı ləzzətli hala gətirmək üçün qaranlıq bir yerdə qısa müddət kisə kağızının içində saxlamağınız kifayətdir.

Acı istiot doğrayandan sonra taxta və əlinizdəki acı istiot dadını aradan qaldırmaq üçün içinə təzə limonu sıxabilirsiniz.

Kivi və avakadonu yemək üçün qabığını soymaq yerinə ortadan ikiyə kəsərək qaşıqla içərisini çıxararaq istifadə edə bilərsiz.

Ananas qabığı qalın olduğundan, yetişdiyini dərk etmək xeyli çətin olur. Bu üzdən ananas yarpaqlarından ən ortadakı yüngülcə çəkin. Əgər asanlıqla çəkirsinizsə ananas yetkin deməkdir.

Avakadonun, almanın və ya kartofun yarısını yedikdən sonra bir hissəsini saxlamaq istəyirsinizsə limonlu suda saxlaya bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri