Öskürəyi əla müalicə edən 50 qəpiklik vasitə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 043
Səs ver:
(səs: 0)
Soyuqdəymə xəstəliklərindən sonra uşaqlarda uzun müddət ərzində öskürək qala bilər.

Böyüklərlə müqayisədə uşaqlarda nəfəs yollarının təmizlənməsi üçün daha çox vaxt tələb olunur ki, bu səbəbdən uşaqlarda öskürək də daha çox çəkir. Bildiyimiz kimi, öskürək orqanizmin müdafiə mexanizmlərindən biri olub nəfəs yollarının selik və bəlğəmdən təmizlənməsini təmin edir.
Bu prosesi sürətləndirmək və uşağı üzücü öskürəkdən azad etmək üçün çox ucuz və əlçatan vasitədən istifadə edə bilərsiniz. Apteklərdə satılan kalsium xlorid preparatı həm böyük, həm uşaqlarda öskürəklə müşayiət olunan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklər arasında: kəskin respirator xəstəlikləri, bronxit, ağciyər iltihabı, ağciyərdə durğunluq prosesləri, allergiyalar.

Uşaqlara kalsium xlorid məhlulu adətən peroral vasitə kimi təyin olunur. Kalsium xlorid bronxların fəaliyyətini stimullaşdırır, bəlğəmi durulaşdırır və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, sərbəst radikallar, toksinlər və allergenləri neytrallaşdırır, virus və bakteriya agentlərinə qarşı immun sisteminin aktivliyini artırır.

Kalsium xlorid məhlulu gündə 3 dəfə 1 çay, 1 desert və ya 1 xörək qaşığı olmaqla (uşağın yaşından asılıdır) uşağa verilir.

İstifadə etdikdən əvvəl uşağa nəzarət edən həkimlə məsləhətləşin.

Diqqət! Öskürək 2-3 həftədən artıq çəkirsə, usaqda yüksək hərarət, bəlğəmdə qan izləri və s. kimi simptomlar müşahidə olunursa, dərhal həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri