Şamları necə düzgün yandırmalı və qulluq yolları

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 995
Səs ver:
(səs: 0)
Şamlar Yeni il süfrəsində geniş istifadə olunur, onlar evdə bir az sehrli, bir az da romantik əhval ruhiyyə yaradır. Amma bizim heç xəbərimiz yoxdur ki, şam yandırılması həm də xüsusi nüanslara malik bir ritualdır. Sizə şamlarla düzgün rəftar etməklə bağlı 8 ip-ucu veririk.

SOYUQ ŞAMLAR DAHA UZUN MÜDDƏT YANIR


Şamları necə düzgün yandırmalı və qulluq yolları


Şamları yandırmazdan öncə onları yaxşıca soyudun – bu yanma prosesini ləngidəcək və daha hamar edəcək. Yeri gəlmişkən yaxşı olar ki şamları soyuducuda saxlayasınız, onlar bu zaman deformasiya olmayacaq.

AXINTILARA YOX



Siz masanı dekorativ şamlar ilə bəzədikdə, yanma zamanı axan mum görünüşə ciddi xələl gətirir. Bundan qurtulmağın çox hiyləgər bir yolu var. Şamın yuxarı hissəsini, fitil olan yeri falqadan olan üzüklə bəzəyin – o yanmanı zəiflədəcək və ərimiş mum damlalarından sizi qoruyacaq.

ƏVVƏLCƏ FİTİLİ KƏSİRİK



Hər dəfə yeni şam yandıranda onun fitilini kəsməyə tənbəllik etməyin – fitilin görünən hissəsinin uzunluğu 5 mm-dən çox olmalı deyil. Bu ondan ötrü lazımdır ki, alov bərabər və parlaq olsun. Əks halda yanma zamanı fitil bükülür və şamın atəşi sönük görünür. Həmçinin bu sizi şüşə şamdandakı xoşagəlməz ləkələrdən qoruyacaq və ilk yanma zamanı yaranan xoşagəlməz qoxudan qurtaracaq.

ŞAMI NECƏ TƏMİZLƏMƏLİ



Əgər şamlar böyükdürsə və siz onlardan bir neçə dəfə istifadə etməyi planlaşdırırsınızsa, onda onların yuxarı hissəsini yanıqlardan pambıq-kağız parçadan istifadə edərək təmizləmək məsləhətdir. Parşa bitki yağı ilə isladılmış olmalıdır. Yəni yanma zamanı şamın üzərində heç bir əlavə kənar aşya olmamlıdır, məsələn kibrit qırıqları kimi.

ŞAMDANI NECƏ TƏMİZLƏMƏLİ



Şamdanın dibinə, şamı ora qoymazdan öncə bir iki damla su damızdırın, bu istifadədən sonra onun təmizlənməsini asanlaşdıracaq.

MUM BƏRABƏR ŞƏKİLDƏ ƏRİMƏLİDİR



Səbrli olun və gombul şamı üst hissəsi tam əriməmiş söndürməyin. əks halda şamda bir krater əmələ gələcək və fitil də onun dibində qalacaq, sonra fitili yandırmaq çətin olacaq. Ona görə də imkan verin ki, şamın kənar hissələri də bərabər şəkildə ərisin.

HAVA AXINLARINDAN IZOLYASIYA



Yaddan çıxartmaq olmaz ki, yelçəkən, ventilyoator, açıq pəncərə və keçid yerləri şamın atəşi üçün məhvedicidir. Hava axınların təkcə şamın yanmasına təsir etmir, həm də şamdanın divarlarında xoşagəlməz hisin yaranmasına səbəb olur.

ŞAMLARI ÜFLƏYƏRƏK SÖNDÜRMƏYİN



Ad günü tortunun üzərində olan şamlar istisna olmaqla, şamları üfləyib söndürmək məsləhət deyil, bu zaman yanan fitilin iyi ətrafı bürüyür. Adətən bizim tərəflərdə şamı balaca qənd parçası ilə söndürürlər, siz isə balaca qapaqdan və ya bu məqsədlə istifadə edəcəyiniz xüsusi söndürücüdən yararlana bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri