Paltarlardan ləkə çıxarmanın paraktik yolları

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 1 916
Səs ver:
(səs: 0)
Paltar yumaq, hər bir fərd üçün məsuliyyət daşıyan ev işçilərindən biridir. İndiki vaxtda yüksək inkişaf etmiş və təchiz edilmiş yuyucu maşınlar sayəsində bu, çox asanlıqla yerinə yetirilə bilər, ancaq yanlış tətbiq olunan paltarlara zərər verə bilmək mümkündür.Paltarlarınızın üzərindəki ağır ləkələri almaq və paltarınızı düzgün şəkildə yumaq üçün bir neçə təklifimiz var. Bu sadə üsulları tətbiq edərək həyatınızı daha asanlaşdıra bilərsiniz.

Ləkələr üçün praktiki təkliflər:
Köynəklərinizi ütülüyərkən qoltuq altları və yaxalarına az miqdarda körpə pudrasını az miqdarda səpin. Belə ki, köynəklərin bu hissəsi daha az çirklənmiş olacaqdır.

Dodaq boyası: Sizin dodağınızdakı boya geyiminizə keçə bilər. Bu vəziyyətdə narahatlığa ehtiyac yoxdur. Köynəyinizdə və ya bluzunuzda meydana gələn pomada ləkəsini aradan qaldıra bilərsiniz. Bunun üçün saç spreyini sıxıb 10 dəqiqə gözləyin. Sonra yaş bit parça ilə silib paltaryuyan maşında yuyun. Söz mövzusu qırmızı dodaq boyasıdırsa paltarlarınızı bir az spirtli parça ilə silmək daha təsirli olacaq.

Yumurta ləkəsi:Yumurta yeyərkən yanlışlıqla üstünüzə tökə bilərsiniz. Ancaq narahat olmayın. Yumurta ləkəsini çıxarmaq üçün asan bir yol var. Əgər paltarınızı soyuq suda gözlədib ardından ilıq sabunlu suda yusanız ləkədən heç bir əsər-əlamət qalmayacaqdır. Yuma zamanı paltarların zədələnməməsi üçün bir neçə nöqtəyə diqqət yetirmək vacibdir.

Çəmən ləkəsi: Çəmənliyin üstündə oturarkən və zövq alarkən paltarınızın çirklənməsi çox təbiidir. Ancaq bu ləkədən xilas olmaq üçün asan bir yol var. Paltarlarınızdakı çəmən ləkəsini çıxarmaq üçün paltarlarınızı yarım saat əvvəl sirkəyə batırın. Beləliklə, daha effektiv nəticə əldə edəcəksiniz.

Pomidor ləkəsi: Geyimlərinizdə meydana gələn pomidor ləkəsini çıxarmaq üçün ləkələnmiş ərazini sirkəli su ilə ovalayın.

Mürəkkəb ləkəsi: Paltarınızdakı ləkələnmiş əraziyə bir neçə damcı süd tökərək mürəkkəb yerdən xilas ola bilərsiniz.

Deodorant ləkəsi: Geyimlərimizdə tez-tez qarşılaşdığımız ləkələrdən biri də deodorant ləkəsidir. Bu tip ləkəni ən yaxşı nəm salfetlərlə təmizləyə bilərsiniz. Qurumuş nəm salfetlə dairəvi hərəkətlə ovun. Qurumuş nəm salfet,deodarantı tez bir zamanda özünə çəkəcəyi üçün ləkənin qısa müddətdə itməsinə kömək edir. Ancaq qeyd etmək lazımdır ki, qurudulmuş nəm salfetlərin difdiklənmiş olmaması lazımdır. Əks halda, salfetlər boz lekələrə səbəb ola bilər.

Tərləmə ləkəsi: Paltarda meydana gələn tər ləkələri çox pis görünür. Bu ləkələrdən qurtulmaq üçün iki qaşıq isti su və üç çırpılmış aspirini birləşdirin və bir neçə dəqiqə ərzində ləkələnmiş kostyumunuzu bu qarışım içində gözlədin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri