Xoşbəxtlik hormonunu zirvədə tutmağın yolları

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1 523
Səs ver:
(səs: 0)
Soyuq qış aylarında istər iş tempi, istər havalar olsun əhvalınızı pozub sizi məyus edən bir çox şey ola bilər. Belə anlarda xoşbəxtlik hormonu olaraq bilinən serotonin səviyyəsi yerlərdə sürünməkdədir. Xoşbəxt olmaqdan qaçma:Sabah günə gülümsəyərək başlasanız, bütün günü xoşbəxt və enerji dolu keçirə bilərsiniz. Ancaq məyus və əldən düşmüş bir şəkildə günə başlamısınızsa, özünüzə gəlməyiniz zaman alır. Mən bundan zövq almaram, xoşbəxt olmaram deməyin. Sizi xoşbəxt edən fəaliyyətlərə zaman ayıraraq ara-sıra o sehrli sözü təkrarlayın; Gülümsə.

Kafeini azalt: Gündəlik həyatda tez-tez istehlak etdiyimiz kafein, əslində serotonin səviyyəsini azaldan maddələrin başında gəlir. Spirt və sodalı içkilər də oxşar təsirə sahibdir. Qəhvəni hər nə qədər həzz almaq üçün içsək də seratonin hormonu üzərində tam tərsi bir təsir yaradır. Qəhvə yerinə bitki çayı içməyi sınayın, daha rahatladığınızı hiss edəcəksiniz. Qəhvə içməyi buraxın demirik, amma bir növ qəhvəni vərdiş halına gətirmisinizsə azaltmanızda fayda var.

İştahdan ruh halına qədər bir çox şey üzərində təsiri olan serotonin hormonunu yüksəldib xoşbəxt yaşamaq üçün təkliflərimizə qulaq verin.

Qaranlıqda qalma: İşıq olmayan bir mühitdə olmaq serotonin səviyyəsinə mənfi təsir edir. Şüşənin kənarında bir küncə çəkilib gün işığının dinclik verici təsiriylə serotonin səviyyənizi yüksəldə bilərsiniz. Günəş alan bir yerdə işləmək, ara sıra çölə çıxıb hava almaq xoşbəxtlik hissinizi artıracaqdır.

Kifayət qədər yatmağa çalış:
Yuxunuzu yaxşı ala bilmək üçün gündə ən az 8 saat yatıb dincəlməyiniz şərtdir. Yaxşı yuxu, yüksək miqdarda serotonin deməkdir. Çox gec yatmamağa və nəfəssiz yatmağa çalışın. Nə qədər qaranlıq və səssiz bir otaqda yatsanız o qədər yaxşı olar.

Tənbəllik etmə: Asan məşqlərlə xoşbəxtliyə bir addım yaxın ola bilərsiniz. Necə ? Bu tip kiçik hərəkətlər serotonini tarazlıyar. Yarım saat gəzin, uşaqlarla oynayın, lift yerinə bir neçə qat nərdivan enib çıxın. Avtomobilinizi bir az daha uzağa park edib təmiz havada gəzməyin dadını çıxardın.

Yeməyə istiqamətlən: Gün içində arada nahar etməyə diqqət göstərin. Kiçik bir şeylərlə həm mədəniz boş qalmaz, həm də xoşbəxtlik hissiniz artar.Yüksək zülal pəhrizi tətbiq edirsinizsə karbohidrat böhranına girmə ehtimalınız yüksəkdir. Belə zamanlarda tərəvəz, zülal və meyvə məzmunlu balanslı bir pəhriz ilə aclığınızı qarşılaya bilərsiniz. Hansını yediyinizdə özünüzü yaxşı hiss edirsinizsə onu bol-bol istehlak etməyə çalışın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 523
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri