Diş məcununuzu özünüz hazırlayın - Sarıkök, qabartma tozu

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 571
Səs ver:
(səs: 0)
Marketlərdə satılan diş məcunlarının tərkibində kimyəvi maddələrin olması xəbərləri sizi narahat edir?

Təlaşa düşməyin. Çünki diş məcununuzu evdə olan təbii vasitələrdən özünüz də hazırlaya bilərsiniz.

Diş təmizliyi sağlamlığımız üçün çok vacibdir. Burda diş firçası və diş məcununun seçimi də əhəmiyyətli rol oynayır.

Qadınla.com ev şəraitində təbii vasitələrdən diş məcunu hazırlamaq üsullarını təqdim edir:

Tələb olunan vasitələr:
1 çay qaşığı sarıkök tozu
1 xörək qaşığı qabartma tozu
Az miqdarda hind qozu yağı

Hazırlanması:
Sarıkök və qabartma tozunu bir qaba tökün və məcun qatlığına gələnə qədər hind qozu yağı əlavə edərək qarışdırın.

Beləliklə də məcun istifadəyə hazırdır!

Sarıkökdən hazırlanmış diş məcununun faydaları

Bu reseptin tərkibində olanlar dişlər üçün çox faydalıdır.

Sarıkök dişlərin ağardılmasında istifadə edilir. Bu zaman dişlər həm də parıldayır və üzərində ərp yığılmasının qarşısı alınır. Çünki sarıkök iltihab və mikrob əleyhinə xüsusiyyətə malikdir.

Hind qozu yağı dişləri və diş ətlərini güçləndirir, diş çürüməsinin qarşısını alır.

Məcunun tərkibində olan qabartma tozu isə dişləri ovaraq ərpdən və qida qalıqlarından təmizləyir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri