Sağlam yaşamağın şərtləri

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 1 486
Səs ver:
(səs: 0)
Sağlam yaşamağın açarı, ilk növbədə, sağlam qidalanmadan asılıdır. Qəbul edilən qidalar orqanizmin vitamin və minerallara olan gündəlik ehtiyacını ödəməlidir. Hər bir qidanın normadan artıq qəbul edilməsi xoşagəlməz halların yaranmasına səbəb olur. Odur ki, sağlam yaşamaq üçün qida rejiminə ciddi şəkildə əməl edilməsi vacibdir.

Qadınla.com bildirir ki, gün ərzində ən azı 2-3 litr maye qəbul edilməsi bu sahədə ən ilkin göstərişlərdən biridir. Səhər yataqdan qalxarkən bir stəkan su içilməsi çox faydalıdır. Yemək əsnasında və yeməkdən dərhal sonra su içmək düzgün deyil. Yayda tərləmə halları çox olduğuna görə içilən suyun, qəbul edilən mayenin, mineral sular, meyvə və tərəvəzlərin tərkibində olan suyun miqdarına fikir vermək lazımdır. Süni dad verən limonad və nektar sular qəbul edilməsindən uzaq olmaq lazımdır. Hər gün idmanla məşğul olmaq, yeməkdən sonra 20 dəqiqə gəzintiyə çıxmaq sağlamlıq üçün əhəmıyyətlidir. İdman orqanizmi tarazlayır, qan dövranını tənzimləyir, stressdən uzaqlaşdırır.

Sağlam yaşamaq üçün üzmək, qaçmaq və velosiped sürmək çox faydalı və xeyirlidir. Ağır idman növləri ilə məşğul olanlar yüngül hərəkətlər edərək bədənini məşqə öyrətməlidir. Meşədə, təmiz havada gəzməyi, günəş vannası qəbul etməyi də unutmaq olmaz. Lakin bir məqamı da yaddan çıxarmamaq lazımdır ki, hər şeyin qədərində olması daha yaxşıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri