Yumurtanın köhnə olduğunu necə bilmək olar?

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 309
Səs ver:
(səs: 0)
Arıqlamaq istəyən hər kəsə yumurtadan çox istifadə etmək məsləhət görülür.
Amma əlbəttə ki, bu heç bir sağlamlıq problemi olmayan insanlara aid edilir.

Zülal mənbəyi olan yumurtanın faydaları saymaqla bitmir.
Tərkibi vitamin və minerallarlarla zəngindir. İnsanı uzun müddət tox saxlayır və metobalizmi sürətləndirir. Yumurta yalnız arıqlamaq üçün yox həm də sağlam qalmaq üçün ən əhəmiyyətli qidalardan biridir.

Təbii ki, bütün bu sadalananlar təzə yumurtaya aiddir.Bəs yumurtanın təzə olub olmamasını necə bilmək olar?

Qadınla.Com bunu yoxlamağın asan yolunu təqdim edir:
Yumurtanın təzə olub olmadığını müəyyən etmək üçün lazım olan tək şey bir stəkan (otaq temperaurunda) sudur.
Bunun üçün yumurtanıstəkana atın.Əgər yumurta stəkanın dibinə düşərsə bu onun təzə olmasından xəbər verir. Bu cür yumurtanı istifadə edə bilərsiniz.

Bəs əgər yumurta stəkanın ortasında qalsa və ya dibinə ensə?
Əgər yumurta stəkanın ortasında üfiqi vəziyyətdə qalarsa bu onun çox da köhnəolmadığını bildirir.

Amma əgər yumurta şaquli olaraq stəkandakı suyun səthinə yaxın dayanırsa o zaman bu yumurtanın köhnə olmasından xəbər verir.
Onu yemək məsləhət deyil.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri