Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 267
Səs ver:
(səs: 0)
Fiziki aktivliyi üstün tutan qadınlar oturaq həyat tərzi keçirənlərlə müqayisədə ürək-damar sistemi problemlərindən əhəmiyyətli dərəcədə çox müdafiə olunurlar.

Qadınla.Com bildirir ki, KaliforniyaUniversitetinin alimləri müəyyən ediblər:
oturaq iş rejimini cəmi bir saat qısaltmaqla siz ürək-damar xəstəlikləri riskini 10 faizdən çox, ürək xəstəliyini isə 25 faizdən artıq azalda bilərsiniz.

Alimlər bu nəticəyə 63-97 yaş arasında olan və insult və ya ürəktutması keçirməyən 5600qadın üzərində apardıqları müşahidələrdən sonra gəliblər.

Təhlillər göstərib ki, fiziki aktivliyin gündəlik hər əlavə saatı damarların və ürəyin xəstəlikləri riskini müvafiq olaraq 12 faiz və 26 faiz azaldır.

Hər gün 11 saat və daha artıq oturaq həyat tərzi keçirən qadınlar fiziki cəhətdən aktiv olan həmcinsləri ilə müqayisədə diabet və hipertoniya kimi problemlərdən daha çox əziyyət çəkirlər. Həm də uzun müddət fasiləsiz oturan qadınlarda ürək xəstəliyi riski iş yerində fasilə edən və gəzişənlərlə müqayisədə 52 faiz daha çoxdur.
Nəticə ondan ibarətdir ki, istənilən aktivlik müsbət effekt verir.
Hətta 1-2 dəqiqəlik fiziki aktivlik də faydalıdır. Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır, həmçinin qan damarlarının daxili divarları - endoteliyə də zərər verir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri