"Paraşok" südünü təbii süddən necə ayırmaq olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 910
Səs ver:
(səs: 0)
Quru süd (el arasında "paraşok süd") təbii süddən hazırlanır.

Süd pasterizə olunur, qatılaşdırılır, sonra xüsusi quruducu kameralarda 170 C-də qurudulur. Nəticədə toz halında olan quru süd alınır.

Quru südün dadı dəyişilir, tərkibində vitaminlər, enzimlər və digər faydalı maddələr dağılır. Ən pisi isə odur ki, quru süddün hazırlanması zamanı onun tərkibində qeyri-tipik oksisterol maddələri əmələ gəlir ki, bu maddələr aterosklerozun inkişafına səbəb ola bilər. Məhz bu səbəbdən bəzi xarici ölkələrdə quru süddən "süd" hazırlamaq qadağandır, digər ölkələrdə isə "paraşok"dan hazırlanmış südün üzərində süd deyil, "süd içkisi" kimi qeyd yazılır.

"Paraşok"dan hazırlanmış südü necə təyin etmək olar?

Qadinla.com bir neçə üsul sizə təqdim edir:

"Paraşok"dan hazırlanmış südü təyin etmək üçün ilk növbədə onun dadına baxın. Südün dadı şirindirsə, bu süd çox güman ki, məhz "paraşok"dan hazırlanıb.

Digər üsul - südü stəkana töküb ağ vərəqin üzərinə göyun. Təbii süd ağ, bulanıq-ağ və göyümtül rəngdə ola bilər. Südün rəngi qırmızıya və ya narıncıya çalırsa, bu süd quru süddən hazırlanıb.

Daha çox gəlir əldə etmək üçün quru südə tez-tez nişasta və ya un əlavə edirlər. Südü stəkana tökün və üzərinə bir neçə damcı yod töküb qarışdırın, südün rəngi göyə çalırsa, bu süd "paraşok"dan hazırlanıb.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri