Soyuducuda saxlamanız gərəkən kosmetik məhsullar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 025
Səs ver:
(səs: 0)
EYELİNER:

Soyuducuda saxlamanız gərəkən kosmetik məhsullar

Mütəxəssislər eyelinerı istifadə etmədən 10 dəqiqə əvvəl soyuducuya qoymağı təklif edir. Eyni şey göz qələmi içində keçərlidir. Soyuducuya qoyulan eyeliner və göz qələmi daha düzgün cizgilər qeyd etməyinizə köməkçi olacaq.

POMADA:



Soyuducuda saxlanması lazım olan makiyaj vasitələrindən biri də pomadadır. Pomadanı soyuducuda saxlamaq onun istifadə müddətini artıracaq. İstilikdən uzaq tutaraq kimyəvi parçalanmanı da əngəlləmiş olarsınız.

ƏTİR



Ətir qoxusu zaman içərisində dəyişir. Bu səbəblə ətrinizi daha uzun müddətli istifadəsini təmin etmək üçün onu istilik və günəşdən qorumalısınız. Ətir çox uzun müddət istidə qalarsa, içindəki kimyəvi maddələr qırılır və qoxusu tamamilə dəyişir. Bu səbəbdən parfumunuzu soyuducuda saxlamağı yoxlamalısınız.

GÖZ KREMİ:



Göz kreminin soyuq olması təkcə serinlədici bir effekt yaratmır, eyni zamanda qan damarlarındakı şişlikləri də azaldır. Bu səbəblə göz kremini soyuducuda saxlamağa diqqət göstərin. Beləliklə, energetik təsirini daha çox hiss edəcəksiniz.

ÜZ MASKALAR:



Soyuducuda saxlanan üz maskaları, kapilyar damarları daraldır və qızartı meylini azaltmağa köməkçi olar. Bundan başqa, qıcıqlanma olan dəri üzərində sakitləşdirici və sərinləşdirici təsiri vardır. Bununla yanaşı, soyuducuda saxlanan üz maskaları üzə tətbiq olunanda hər zaman daha yaxşı nəticə verir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri