Hovuz seçərkən nələrə diqqət etmək lazımdır?

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 480
Səs ver:
(səs: 0)
Üzgüçülük ən gözəl idman növlərindən biridir. Bununla bərabər üzdüyümüz hovuzların gigiyenası sağlamlığımız üçün son dərəcə önəmlidir.
Bəs bizim üzdüyümüz hovuzlar nə ilə təmizlənilir? Hovuz işçiləri lazımi tədbirləri görürlərmi?
Bu məqalədə biz sizə bizə ən çox verilən sualları cavablandıracağıq.

1. Hovuz seçən zaman insanların verdiyi suallardan biri də hovuzun nə ilə təmizlənməsidir. Bunun üçün bir çox üsullar var. Ən geniş yayılmış növü isə ozon və xlor ilə dezinfeksiya olunmadır. Təbii ki hər birinin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də mövcuddur.
· Ozon oksigenin ən aktiv forması olan qazlardan biridir. Ozon ilə təmizlənmə digər üsullardan daha sürətlidir. Mikrobları və virusları tez bir zamanda öldürür. Ozon olan yerlərdə təhlükəsizlik və diqqət tələb olunur. Hovuzun üst hissəsi isə risk faktoru olaraq qalır. Çünki ozon ilə təmizləmədə yalnız cihazdan keçən hissə təmizlənilir. Üst hissə isə sabit qalır.

· Xlor ilə təmizlənmə isə ən güvənilir və ən qədim üsullardan biridir. Xlor ilə təmizlənən hovuzların rəngi şəffav, ozon ilə təmizlənən hovuzların rəngi isə göy olur. Belə ki ,ozon ilə təmizlənmədən fərqli olaraq xlor ilə hovuzun üst hissəsi də dezinfeksiya olunur. Xlor öz funksiyasını uzun müddət suda saxlayır. Digər dezinfeksiya metodlarından savayı xlor ilə təmizlənmədə sağlamlığa zərər vermədən maksimum nəticə əldə etmək olar. Sağlam insanlara xlorun əks təsiri olmur. Allergik xəstələrdə isə dəridə qızartılar, qıcıqlanmalar və s. kimi problemlər yarana bilər.

· Bundan başqa hovuzda əmələ gələn yosun əleyhinə istifadə olunan , suyun codluğunu azaldan, suyun çöküntüsünü və şəffavlığını təmin edən, bulanıqlığı aradan qaldıran və s. kimi kimyəvi maddələrdən də istifadə olunmalıdır.

2. Hovuzun suyu neçə müddətdən bir dəyişilməlidir?
Hovuzun suyunun dəyişdirilməsi çox çətin bir şeydir. Hovuzu bir gündə boşaldım 3 günə dolduraram deyə bir şey yoxdur. Əsasən 2000-3000 ton su olan hovuzlarda bu mümkün deyil. Həmçinin suyun qızması üçün çox vaxt tələb olunur. Hovuzun həcminə görə işlənmiş su atılıb bol bol yeni su əlavə olunmalıdır. Filtrlər vaxtında təmizlənməli 24 saat dayanmadan işləməlidir. Yəni baxarsan bağ baxmazsan dağ olar misalı .

3. Hovuzda suyun temperaturu nə qədər olmalıdır?
Suyun temperaturu 28-28.5 C olmalıdır. Müntəzəm olaraq idman ilə məşğul olmayan insanlara bu su soyuq gələ bilər. Amma əslində belə deyil. Hovuza girməmişdən öncə sərin su ilə duş qəbul etsəz su sizə o dərəcədə soyuq gəlməz.

4. Hovuz olan yerdə tavanın hündürlüyü nə qədər olmalıdır?
Hovuz olan yerdə tavan hündür olmalıdır . Ortalama insan hündürlüyü 1.80 m. olarsa heç olmasa insandan 2 metr hündür olmalıdır.

5. Hovuza girməmişdən öncə hansı tədbirləri görməliyik?
Hovuza girməmişdən ilk öncə duş qəbul etməlisiz. Özəlliklə xanımlar hovuza girmədən öncə makiyajlarını təmizləməlidirlər. Əks halda, ilk növbədə dərilərinə və sonra hovuzun suyuna ciddi zərər verə bilərlər. Əgər siz duş qəbul etmədən hovuza girsəz ortalama hesabla 8 tona yaxın suyu çirkləndirmiş olacaqsız. Vəziyyəti özünüz dəyərləndirin!

6. Hansı üzgüçülük ləvazimatları gərəkdir?
Üzgüçülük geyimi, dəsmal, rezin başmaq, papaq və sizin istəyinizdən asılı olaraq digər ləvazimatlar özünüz ilə götürə bilərsiz.
Ən əsas olaraq rezin papaq taxılmalıdır. Papaq saçın islanmasının qarşısını almaq üçün deyil saçların hovuza düşməsinin qarşısını almaq üçündür. Hovuza düşən saçlar həm üzgüçüləri narahat edər, həm də bir yerə yığılaraq hovuz daxilindəki cihazlara zərər verə bilər.
Gözlər həssas bədən üzvü olduqundan hovuza eynək ilə girmək məsləhət görülür.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri