Bişirdiyiniz yeməklərin daha da dadlı olması üçün faydalı məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 595
Səs ver:
(səs: 0)
Salatları hazırlamaq üçün asanlıqla bişirilmiş kartofu təmizləmək olar. Bunun üçün kartofu bişəndən dərhal sonra, bir neçə saniyə buzlu suya yerləşdirib, sonra eninə kəsərək qabığını asanlıqla təmizləyə bilərsiz.

Pomidorların qabığını soymaqda çətinlik çəkirsinizsə, əvvəlcədən onları qaynaq suda saxlayın ya da az müddətdə dondurucuya yerləşdirin.

Bişirəcəyiniz kotletlərə gözəl dad vermək istəyirsinizsə, farşa xırdalanmış qoz ləpəsi qata bilərsiz.

Sobada toyuq ətini xırçıldayan olsun deyə, tam bişənə yaxın üzərinə düzlü su səpin.

Sobada bişirdiyiniz toyuq ya ətin bişib bişmədiyini yoxlamaq üçün sizə diş çöpləri yardımcı olacaq. Bunun üçün diş çöplərini ətə batırın, əgər çıxan şirə səffafdırsa demək hazırdır, çəhrayıdırsa hələ bir az da bişirməlisiz.

Pörtlədilmiş balığın hazır olub olmadığını sizə onun gözlərinin boz rəngi və üzgəclərinin asanlıqla qopması kömək edəcək.

"Mavi" balıq hazırlamaqla, yeməyə qeyri-adi, bayram görkəmi vermək olar. Bunun üçün onun dərisinin bütövlüyünü pozmamağa çalışın, çünki məhz o, sirkə ilə qarşılıqlı əlaqədə bu qeyri-adi rəngi verir. Bu cür bişən balığı yalnız ən sonda duzlamaq lazımdır çünki, duz balığın xarici örtüyünün bütövlüyünü pozur.

Qızartmadan əvvəl balığı unlayanda mətbəx masasının çirklənməməsini istəyirsinizsə, o zaman bir paketə un tökün, sonra balıq dilimlərini paketə yığın. Paketin ağzını bağlayın və bir az silkələyin ki içindəki balıqlar tam unlansın.

Badımcanın təmizlənmə işini yüngülləşdirmək üçün onları sobada və ya qrillə (maksimum 15 dəqiqə) altında qızardın: Qabığı asanlıqla çıxar, həmdə bu cür soyulan badımcanlarla hazırlanan yemək əlavə daha gözəl dad alacaq.

Rəngli kələmə xüsusi dad vermək üçün, kələmin qaynadığı suya çay qaşığı şəkər əlavə edinkələm.

Xoşagəlməz büzüşdürücü dadı rəngli kələmdə olmasın deyə, onu mineral suda və ya süddə bişirin.

Şampinyon göbələyini bişəndən sonra daha təzə görkəmi olsun istəyirsinizsə, göbələkləri bişirməzdən öncə yumayın, sadəcə təmiz dəsmalla silin.

Göbələk, alma və banan dilimlərini qaralmasının qarşısını almağa üzərlərinə səpilən limon suyu kömək edəcək.

Soğan soyarkən "ağlamaq" istəmirsinizsə, onda soğan doğradığınız lövhəni soyuq su olan qaba səthə azacıq su çıxacaq şəkildə yerləşdirin və soğanları elə doğrayın.

Yumurtanın çiy ya bişmiş olduğunu onları öz oxu ətrafina fırlatmaqla bilə bilərsiz: Portlənmiş yumurta daha surətli fırlanır.

Yumurtanın təzəliyini yoxlamaq üçün onu soyuq suyla dolu stəkana yerləşdirin: Daha təzə yumurta bu zaman suyun dibinə enir.

Hazırladığınız biskviti əlavə edilən yumurtaların təzəliyi daha da ətirli edəcək.

Bişmə ərəfəsində sobanın qapağını açmasaz bişirdiyiniz biskvit çökməz.

Karri ədviyyatı əlavə etdiyiniz yeməklərin acı olmaması üçün yeməyi yüksək odda qızdırmayın.

Salat üçün istifadə edəcəyiniz kahı solubsa əgər, onu bir neçə müddətlik uksus əlavə edilən soyuq suda saxlayın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 595
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri