Məşhur aşpazların mətbəx sirrləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 570
Səs ver:
(səs: 0)
Sırniklər üçün hazırladığınız yumurta, un və kəsmik qarışığına bitki yağı da əlavə edin.
Onlar yumşaq və dadlı alınır.

Borş bişirməyin sirri: Çuğunduru soyub yuyun və bulyonda bütöv olaraq qaynadın. Sonra çuğunduru bulyondan çıxarın və borşu adi halda qaynatmağa davam edin. Çuğunduru soyuyandan sonra sürtgəcdən keçirin və artıq bişməkdə olan borşa əlavə edin. Bir neçə dəqiqə də qaynadıb altını söndürün. Bununla borşun həm rəngi həmdə dadı daha gözəl olacaq.

Şorbanız və borşunuz daha dadlı olacaq, əgər onlarda bir bütöv kartofu bişirib, sonra isə əzərsəniz.

Əvvəllər açıq piroqu ilə meyvə və ya giləmeyvə içlik şirəsi bişirilməsi zamanı soba sinisinə dağılardı və yanardı. Çıxış yolu indi tapılıb: Perokun içliyinə şaquli vəziyyətdə bir neçə makaron batırırıq. Bu zaman daşan şirə makaronlardan çıxar siniyə dağılmaz. Yemək zamanı makaronları çıxarırıq.

Əgər acı olan xiyarı bir müddət südün içinə qoysanız və azca şəkər əlavə etsəz acısı gedəcək.

Düyü kisəsinin içində həşəratlar yaranmasın deyə, kisənin içinə bir neçə metal butılka tıxacı yerləşdirin.

Dilimlənmiş soğanı, soyuducuya qoysanız, bütün xoşagəlməz qoxuları məhv etməyə kömək edəcək.

Ədviyyatlar üçün zərərlidir: Yüksək rütubət, yüksək temperatur, işıq düşməsin deyə, tünd şüşələri olan qeyri-şəffaf keramika, farfor və ya bankalarda, hər ədviyyat ayrıca saxlamaq olar.

O duzlu suya qoyduğunuz xiyar turşusu daha dadlı olsun və daha uzun müddət saxlansın deyə turşuya bir az quru xardal əlavə edin.

Ədviyyatları qaynayan yeməyə birbaşa saxladığınız bankadan əlavə etmək olmaz. Bu zaman onlar nəmlənəcək və tez xarab olacaq. Qaşıqdan istifadə edin.

Ət qiyməsinə şəkər (1 kq qiyməyə 1 xörək qaşığı) əlavə edin. Yeməyiniz çox dadlı olacaq.

Ət qaynadarkən bulyona albalı budağı əlavə edib daha ləziz bur dad əldə edəcəksiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri