İşinizə yarayacaq mətbəx sirrləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 515
Səs ver:
(səs: 0)
Yemək bişirmək dünyanın ən kefli işlərindən biridir. Daim yeni dadlar kəşf edərək, yeni texnikalar, ya da püf nöqtələri öyrənərək damaq zövqünüzü gündən günə inkişaf etdirə, perspektivinizi aça bilərsiz. Məhz perspektivinizi açacaq o məlumatlarından bəzilərini sizlərlə bölüşürük.

Piroq edərkən içinə kəvər, ispanaq kimi tərəvəzlər edəcəksinizsə, vəsaitlərinizi əvvəlcədən xəfifcə unlamaqda fayda var. Beləliklə, piroqunuz çox sulu olmaz.

Sobada toyuq bişirərkən başını qabağa, ayaqlarını arxaya gətirin. Çünki ayaqlar daha çətin bişir və sobanın arxa tərəfi daha istidir.

Yumurta qaynadarkən suya bir az karbonat əlavə edərsəz, onları asanlıqla soyabilirsiniz.

Qayğanaq yeməyi çox sevir, amma tavanı yumağa tənbəllik edirsinizsə, bütün materialları bir bağlı poşetə qoyub qaynar suya batırsanız, bulaşıq qab olmadan omlet yeyə bilərsiz.

Soğanı doğramazdan əvvəl dondurucu və ya buzlu suda saxlasanız, gözlərinizi daha az yandıracaqdır.

Çox acı bibərləri doğramazdan əvvəl əllərinizi bir az zeytun yağıyla ovular, acıının barmaqlarınızda qalmasını qarşısını almış olarsınız.

Daha yumşaq və dadlı makaronlar üçün, bişirəndə su yerinə süd istifadə edə bilərsiz.

Xüsusilə dənəli ədviyyatların ətir yaxşıca çıxması üçün əvvəl tavada qızdırın sonra yeməklərə əlavə edin.

Keks xəmirinə bir neçə damla limon suyu əlavə etsəniz, turşu sayəsində qabartma tozu hərəkətə keçər və tortunuz daha yaxşı qabarır.

Yeməyin artıq yağını almaq üçün kağız dəsmala sarılı bir neçə buz kubunu yeməyin üzərində gəzdirin. Buzun soyuğu yağı dəsmala çəkəcəkdir.

Düyünü çox qovurduğunuz üçün plovda yanıq bir dad yarandısa, bir dilim ağ çörək qazanın ən üstünə yerləşdirərək bu vəziyyəti tərsinə döndərə bilərsiz.

Mayalı xəmir işlərini görərkən, bir qaşıq toz şəkəri qarışığa əlavə etsəz, xəmirin çox daha çox qabarar.

Quru lobya, noxud kimi qidaları bişirəndə qaynama suyunun üzərində toplanan ağ köpükləri sıyırıb qoysanız daha az köp yaradacaqılar.

Oxlovunuz yoxsa bir şüşəni soyuq su ilə doldurub xəmir açmaq üçün istifadə edə bilərsiz.

Makaronun bişirdikdən sonra sousla qarışdıracaqsınızsa, bişirmə suyunun hamısını tökməyin. Nişastalı bu suyu makaronlarla birlikdə sousa qarışdırdıqda həm daha ləzzətli, həm də daha konsistensiyalı olur.

Meyvəli tort edərkən, meyvələri xəmirə əlavə etmədən əvvəl toz şəkərə qarışdırsanız, daha yaxşı bişirlər.

Limonun turşuluğunun qabığına baxaraq anlaya bilərsiz. Nazik qabıqlı limonlar qalın qabıqlara müqayisədə daha turşdur.

Yeməkləriniz çox duzlu oldusa, bir neçə dilim kartofu qazana atın. Kartofda nişasta, probleminizi asanlıqla həll edəcəkdir.

Soyuducuya atacağınız balıqları əvvəlcədən duzlasanız, dirilikləri daha uzun müddət qoruyacaqlar.

Zeytunyağlı yemək bişirərkən, soğanı rəndələmək yerinə bıçaqla doğrarsanız yeməkləriniz daha ləzzətli olar.

Keks xəmirini qəlibə töküldükdən sonra, qəlibin dibini dəzgaha bir neçə dəfə vursanız, xəmirin içində hava qabarcığı qalmasını qarşısını almış olarsınız.

Meyvəli tortun tərkibindəki meyvə hissələrinin dibə çökməsinin qarşısını almaq üçün xəmirə bir az qarğıdalı unu əlavə edin.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 515
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
LuNa
Yemek bişirmek mene kef qatmır Yemeyi sevmediyin ücün yemek bişirmeyi de sevmirem . Melumat ücün teşekkür
1 sentyabr 2019 22:30
4
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️
Offline
kivircik
Bilmediklerimi de oyrendim, en maraqli geleni makaronu sudle bishirmek oldu,prob edecem gorek nece alinacaq. teshekkurler
1 sentyabr 2019 20:48
3
Offline
BARBI
Evdar xanimlar ucun lazimli melumatlardi.
1 sentyabr 2019 18:58
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
İlaha
Faydalı məlumat idi təşəkkür
1 sentyabr 2019 18:37
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri