Dünya şöhrətli aşbazdan mətbəx sirrləri

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 114
Səs ver:
(səs: 0)
1. Qordon Ramsey hesab edir ki, yaşıl reyhan və nanə kimi göyərtiləri xırda-xırda doğramaq doğru deyil, bu zaman onun ləzzəti qaça bilər. Yumşaq yarpaqları bir-birinin üstünə qoyub rulon halına gətirərək doğrayın. Beləliklə, onlar taxtaya yapışmaz və yeməklərinizdən nəfis qoxular gələr.

2. Dəyməmiş meyvələri bir ədəd bananla birlikdə kağız paketə qoyub bir bir müddət qaranlıq yerdə saxlayın. Kağızı açdığınız zaman meyvələr dəymiş vəziyyətdə olacaq.

3. Acı bibər doğradıqdan sonra barmaqlarda qalan acılığı limon suyu ilə aradan qaldırmaq mümkündür. Bu, həm acını yox edir, həm də dəriyə müsbət təsir edir.

4. Kivi və avokado kimi meyvələri soymaq üçün bıçağa ehtiyac yoxdur. Meyvəni iki yerə bölüb çay qaşığı ilə lətini qabığından ayırın.

5. Ananas çox faydalı meyvədir, ancaq yeməyə yararlı olub-olmadığını başa düşmək çox çətindir. Bunu üçün ananasın ən ortadakı yarpaqlarını yavaş-yavaş çıxarın. Əgər yarpaq asanlıqla qopursa, deməli, ananas tam yetişib.

6. Əgər kartof, alma, avokado kimi məhsulların yarısını istifadə etmisinizsə, qalan hissəsini limonlu suda saxlaya bilərsiniz. Limon turşusu qaralmasının qarşısını alacaq, su isə oksigenin qida ilə təmas etməsinin qarşısını alacaq.

7. Makaron bişirərkən bir-birinə yapışmaması üçün bir neçə damcı zeytun yağı əlavə edin. Makaronu süzdükdən sonra üzərinə soyuq su əlavə etməyi unutmayın.

8. Yumurtanın quru bişməməsi üçün tavanı oddan almazdan əvvəl yarım xörək qaşığı qaymaq əlavə edin.

9. Bifşteks bişirərkən ətin bişib-bişmədiyini sadə əl testi ilə yoxlaya bilərsiniz. Ətin sərtliyi əlin ətli hissəsi ilə eynidirsə, deməli, az bişib. Əlinizin alt hissəsinin sərtliyi orta səviyyəyə bərabərdirsə, yuxarı hissənin sərtliyi yaxşı bişmiş bifşteksə bərabərdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri