Ayaq masajı edəndə orqanizmdə nə baş verir?

Müəllif: GünAy
Şərhlər: 4
Baxılıb: 2 358
Səs ver:
(səs: 0)
Bəlkə də ayaq massajı bizim ən son yadımıza düşən bir prosesdir. Əslində isə bu masaj bütün orqanizm üçün çox xeyirlidir. Əgər siz hər axşam pəncələrinizi ovxalayırsınızsa onda sözün əsl mənasında xoşbəxt adamsınız.

Qadınla.com pəncə masajı barəsində kiçik araşdırmanı təqdim edir. Alimlərin apardıqları son təcrübələr göstərir ki, ümumi orqanizmin sağlamlığı üçün ayaq masajı vacibdir. Çünki ayağımızdakı hər bir nöqtə bizim orqanlarımızla sıx əlaqəlidir. Əgər siz mütəmadi olaraq ayaqlarınızı hər axşam ovxalasanız, bir çox xoşagəlməz problemlərdən qurtula bilərsiniz.

Pəncə masajı sizi stresdən uzaqlaşdırır, günboyu orqanizmi gümrah saxlayır və qan dövranını stabilləşdirir. Həmçinin bu masaj yuxusuzluq probleminə də kömək edir. Pəncə masajından sonra orqanizm tam rahatlaşır, stresdən uzaqlaşır və yuxuya hazır olur. Ona görə də həkimlər bu proseduru yatmamışdan 1 saat əvvəl etməyi tövsiyyə edir.

Bəs düzgün pəncə masajını necə etmək lazımdır?⠀

Bunun üçün əvvəlcə mütləq ayaqlarınızı 20-30 dəqiqə ilıq suya qoymalısınız. Masajın effektini gücləndirmək üçün suya müxtəlif efir yağlarından 5-7 damcı əlavə edə bilərsiniz. Sonra ayaqlarınızı yaxşı-yaxşı qurulayın və masaj yağı çəkərək pəncələrinizi masaj edin. Əvvəl daban, sonra pəncələrinizi ovxalayın, sonda ayaq barmaqlarınızı ehmalca özünüzə tərəf dartın. Bu ayaq əzələlərinin tam açılmasına və rahatlamasına kömək edəcək.

İnanın ki, bu masajdan sonra siz yuxusuzluq problemini birdəfəlik unudacaqsınız. Çalışın hər zaman sağlam olun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri