Gecələr öskürək tutmalarının səbəbləri – Necə yüngülləşdirməli?

Şərhlər: 2
Baxılıb: 1 492
Səs ver:
(səs: 0)
Bir çox insanlar gündüz öskürmədiyi halda, gecələr, yatağa uzanan kimi aramsız öskürəkdən əziyyət çəkdiklərini bildrir. Gecə öskürəklərinin səbəbi müxtəlif ola bilər. Onlardan bəziləri qıcıqlandırıcı faktor səbəbindən başlayıb, 10-15 günə çəkilə bilər. Bəziləri isə aylarla və hətta ömür boyu davam edir.

Gecələr öskürəyin ən çox rast gəlinən səbəblərini və mübarizə yollarını təqdim edirik.

Əsas səbəblər:
-Allergik reaksiyalar

-Bronxial astma

-Ağciyərlərin emfizeması

-Xroniki bronxit

-Mədədə reflüks xəstəliyi

-Zökəm, respirator infeksiyalar

-Burunda problem, burundan axıntının nəfəs yollarına düşməsi

Necə yüngülləşdirməli?
Əlbəttə ki, ilk olaraq həkimə gedib, diaqnozu dəqiqləşdirib, müalicə almaq lazımdır. Bununla yanaşı yatan zaman bəzi şeylərə əməl etməklə, gecə öskürək tutmalarını yaradan səbəbləri yüngülləşdirmək olar.

1.Otağı rütubətləndir

Yataq otağında çox quru hava, qışda radioator, istilik sistemi, yayda kondinsioner kimi səbəblər öskürəyi yaradır. Yaxşı olar ki, radiatorların yaxınlığına bir boşqabda su qoyasız. Ya da hazır hava nəmləndirici alıb otağa qoya bilərsiz. Eləcə də xüsusi spreylərlə quru havanı yumşaltmaq olar. Otaqda maksimal nəmlilik 50%-i keçməməlidir. Çünki rütubət, nəmişlik özü də allergendir və öskürək yaradır.

2.Allergiya yaradan səbəbləri aradan qaldır

Yatdığınız yerdə müxtəlif allergenlər ola bilər: kif, ev heyvanlarının tükü, toz, müxrəlif maddələr və s. Əgər sizdə astma, allergiya, bronxit varsa yataq otağında xalça, palaz, kağız, kitab, müxtəlif xırda toz yığan əşyalar olmamalıdır. Yataq vasitələri tükdən olmasa yaxşıdır. Yataq ağları həftədə 1 dəfə qaynar suda, xüsusi hiperallergik tozla yuyulmalıdır. Allergiyalı insan yatmazdan öncə duş alıb, üzərinə yapışmış allergendən, tozdan, kəpəkdən təmizlənməlidir. Eləcə də yatmazdan öncə burnunuzu dəniz suyu spreyi ilə yuyun. 

3.Reflükslə mübarizə

Bu xəstəlik yəqin çoxunuza tanışdır. Çox insanda tapılır. Mədə şirəsinin geri qida borusu, hətta ağız boşluğuna sıçramasıdır. Gecə insan yatanda şaquli vəziyyətdə mədə şirəsi geri, boğaza daha çox sıçraya bilir. Bu da boğazı qıcıqlandıraraq, bəzən də nəfəs yoluna düşərək öskürək verir.

Xəstəliyi qastroenteroloq müalicə edir. Siz gərək gecə yatmazdan 5 saat əvvəldən qida qəbulun dayandırasız, bol maye qəbul edəsiz. Eləcə də mədə şirəsinin geri sıçramasını azaldan xüsusi dərman qəbul edəsiz. Və mütləq başınızı daha hündür yastığa qoymalısız.

Hətta bu insanlar üçün xüsusi ortopedik yastıqlar da satılır. Ondan alsanız yaxşı olar.

4.Yatarkən poza

Bədənin yataqda forması, başın qoyuluşu öskürəyi artıra bilər. Başın çox aşağıda olması, bükülməsi, yana doğru əyilməsi həm burundan, həm mədədən boğaza, nəfəs yoluna axıntı axıdaraq qıcıqlandırıcı təsir edib, öskürək yaradır. Ona görə yatanda düz, kürəyi üstə və baş bir qədər dik, yuxarı olmaqla yatmaq lazımdır.

Eləcə də zərərli vərdişləri, siqateti azaltmaq və yatmazdan öncə çəkməmək lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri