Məşhur dermatoloq yay aylarında qaşıntını dərhal kəsən üsulları açıqladı

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 223
Səs ver:
(səs: 0)
Yayın gəlişi ilə ağcaqanad, milçək, birə və digər həşəratların artması və sancması nəticəsində qaşıntı problemi hər kəsdə narahatlıq yaradır.

Qadınla.Com xəbər verir ki, məşhur dermatloq Yeliz Erdemoğlu yay aylarında qaşınma problemi ilə həkimə müraciət edən xəstələrin sayının artdığını deyib. O, qaşıntının dəri quruluğundan, allergiyaya, eqzamadan, yetərsiz bəslənməyə, göbələkdən daxili xəstəliklər və ya psixoloji problemlərə qədər bir çox səbəbi olduğunu bildirib:
"Bir çox səbəb nəticəsində mərkəzi sinir sistemindən çıxan periferik sinir sistemi vasitəsilə dəridə qaşınma hissi başlayır. Qaşıntı beyində serotonin hormonu ifraz edərək fərdi rahatlatmaqla birlikdə, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda və bu vəziyyət dözülməz çətinliyə çevrilə bilər. Qaşıntı səbəbini araşdırarkən, xəstənin izahatları diaqnoz üçün əhəmiyyətli ipucları verir. Diaqnoz qoyularkən qaşıntının gecə və ya gündüz şiddəti, xəstənin arıqlaması və ya psixoloji vəziyyəti kimi bir çox faktor nəzərə alınmmalıdır".

Erdemoğlu qaşıntını azaldan bəzi üsullar təklif edib.
Sancılan nahiyəni ilıq su ilə yuyub nəmləndirici çəkin.
Çox isti su ilə duş qəbul etməyin.
Dəri təmizliyində kisə və lifdən uzaq olun.
Odekolon və nəmləndirici salfet kimi kimyəvi maddələrin yaraya təmas etməsindən qaçın.
Sintetik paltarlar geyinməyin.
Paltarları yuyarkən yumşaldıcı istifadə edin.
Otaq temperatru və nəm balansına diqqət edin.
Sizi tərlədən ünsürlərdən qaçın.
Stressi idarə etməyə çalışın.
Gündə ən az 5-6 stəkan su için.
Sağlam qidalanın, xüsusilə A, D, E, K vitaminləri ehtiva edən tərəvəz və göyərtilərə üstünlkü verin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri