Qarğıdalı pörtlətməyin püf nöqtələri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 911
Səs ver:
(səs: 0)
Hər yaşdan insanın sevə-sevə yediyi qarğıdalı, yay aylarının da əvəzolunmazları arasında yer alır. Adətən küçədə yeməyə alışdığımız pörtmüş qarğıdalı bazarda yerini aldı. Meksika mənşəli olduğu məlum olan qarğıdaı, bir tərəvəz yerinə qoyulsa da, əslində bir taxıldır. Yüksək lif tərkibinin orqanizmdə xolesterin mənimsənilməsinə yardımçı olan qarğıdalı, mətbəxdə plov və salatlara ən çox yaraşan materialdır. Ekspertlərin həftədə bir dəfə işlədilməsini təklif etdiyi pörtmüş qarğıdalı, bağ toxumalarını gücləndirən minerallar və manqan əhatə edir. Görmə pozğunluğundan daha bir çox xəstəliyə çarə olan pörtmüş qrğıdalını öz əllərinizlə bişirməyə nə deyərsiniz? Ancaq misiri pörtmək və lap yumşaq olmasını təmin etmək bir az əziyyətlidir. Qadinla.com qarğıdalı bişirmək üçün gərəkli olan ipuclarını sizinlə bölüşür.

PÖRTMÜŞ QARĞIDALI RESEPTİ:

LAZIM OLANLAR:

3-4 dənə qarğıdalı
2 kub şəkər
2 litr su
Qarğıdalının ən iç qabığı

Qarğıdalı pörtlətməyin püf nöqtələri

Seçdiyiniz qarğıdalıları yarpaqlarından ayırın. Daha sonra qazana səliqəylə yerləşdirin. Bu addımda istəsəniz ikiyə bölə bilərsiz.

Qarödalıdan ayırdığınız yarpaqları qazanının içinə qarğıdalıların arasında yerləşdirin.

Üzərini iki barmaq keçəcək şəkildə su əlavə edin. Qəndləri əlavə edib, qazanının qapağını örtün və sobaya alın.

Ən az 1 saat müddətlə bişirməyə buraxın.

QARÖIDALI PÖRTMƏYİN PÜF NÖQTƏLƏRİ NƏLƏRDİR?

Əvvəlcə qazanınızı heç bir zaman yarısından çox doldurmağın. Qarödalı başlarını qazanın içinə rahatca sığacaq şəkildə kəsərək kiçildin.

Qazanı əsasən sobanın orta böyüklükdə gözündə istifadə etməyə diqqət yetirin.
Yüksək atəşdə başladığınız bişirmə əməliyyatını buxar çıxışı başladıqdan sonra zəif odda davam edin.

Bişirmə müddətlərinə diqqət edin. Mütləq saat saxlayın.

Bişirərkən suyuna heç vaxt duz əlavə etməyin yoxsa qarğıdalılar sərtləşir.

Ocağın altını bağlayıb qazan ilk hərarətini atmadan buxarı çıxarmayın. Buxar çıxışı çox isti olacağı üçün diqqətli olun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri