Qızdırmanı salmaq üçün hamının məsləhət bildiyi bu üsuldan ƏSLA istifadə etməyin!

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 149
Səs ver:
(səs: 1)
Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu və ya soyuq su ilə yuyundurmaq və ya dəriyə sürtmək çox zərərlidir.

Bununla bağlı Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Yaqub Aslan açıqlama verib.

Türkiyəli mütəxəssis yüksələn temperatura həssas yanaşılmasının vacib olduğunu bildirib.

"Xüsusən də, temperatur 38 dərəcəni keçəndə valideynlər diqqətli olmalıdır. Qusma, ishal, ümumi vəziyyəti normal olan, qidalanmasında problem olmayan uşaqlarda 38 dərəcədən yüksək temperaturu endirmək üçün ilıq su kompresi edilə bilər. Ancaq soyuq və ya buzlu su ilə yuyundurmaq, sirkəli su, spirtli içki ilə bədəni silmək zərərlidir. Spirt, sirkə ilə bədəni silmək uşağın temperaturunu aşağı salmaq əvəzinə dərinə sorularaq zəhərlənmələrə səbəb ola bilər. Ən dəhşətlisi ilə uşağı soyuq və ya buzlu su ilə kompres etməkdir. Bu üsul temperaturu aşağı salmaz, temperaturun bədənin daxilində qalmasına səbəb ola bilər".

Y.Aslan həmçinin soyuq və buzlu su ilə kompresin üşüməyə səbəb olacağını, hətta yuxarı tənəffüs yolları xəstəlikləri, qrip, soyuqdəymə yarada biləcəyini diqqətə çatdırıb:

"Uşağın üşüməyəcəyi və ya titrəməyəcəyi qədər isti su ilə onu yuyundurmaq, dəriyə kompres qoymaq daha yaxşı üsldur. İlk kompres və ya duşla temperatur düşmürsə, həkimə müraciət edilməlidir".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri