Yağışın insan bədəninə 7 TƏSİRİ

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 1 706
Səs ver:
(səs: 0)
Bir çox insan yağış səsini sevir. Kimsə bunu romantik və sakitləşdirici hesab edir, digərləri üçün yağış qoxusu stressi aradan qaldırmağa kömək edən ən gözəl təbiət hadisəsidir. Yağışda gəzmək müalicəvi təsir göstərə bilər: beyni sakitləşdirir, yatmış düşüncələrin və duyğuların sərbəst buraxılmasına kömək edir. 
Yağışın qoxusuna hətta 1960-cı illərdə iki Avstraliya alimi tərəfindən tərtib edilmiş xüsusi ad verilib: petrikor. Bu aroma torpaq bakteriyaları, quruda bitkilərin buraxdığı yağlar və ozon, oksigen və azot molekullarını parçalayaraq azot oksidinə çevirərkən meydana gələn kimyəvi qarışıqdır. 
Yağışlı günlər stresin öhdəsindən gəlməyə, əhvalı yaxşılaşdırmağa, sakitləşməyə və bu anın dadını çıxarmağa kömək edir. 

Qadınla.Com oxucuları yağışın insan bədəninə 7 təsiri ilə tanış edir: 
1. Yağışın qoxusu beyni aktivləşdirir. 
2. Yüksək nəmlik dəri və saçları qidalandırır, yeri gəlmişkən yağış qələvi xüsusiyyətə malik olduğundan baş dərisi üçün faydalıdır. 
3. Yapon alimləri müəyyənləşdirdilər ki, soyuq və yağışlı havalarda məşqlər daha çox kalori və yağ yandırır, nəinki isti havada edilən idman. 
4. Yağış damcıları toz və mikrobları udur, havanı təmizləyir. 
5. Yağışda gəzmək üsyankar əhval-ruhiyyə yaradır, odur ki, hər hansı bir qaydanı pozmaq istəyirsinizsə, özünüzü tutmayın. 
6. Yağışda gəzmək insana problemləri fərqli istiqamətdən görməyə kömək edir. 
7. Yağış zamanı küçələrə çıxan insanların sayı az olduğundan, belə havalarda gəzmək fikir və hisslərimizi tənzimləməyə imkan verir. 
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri