Bədəndəki zəhərli maddələri təmizləməyin yolları - ARAŞDIRMA

Müəllif: Marsell
Şərhlər: 1
Baxılıb: 1 924
Səs ver:
(səs: 0)
Bədənimizdə vitaminlər və anti-oksidanlar çoxluq təşkil edərsə, sağlam olarıq. Ancaq o zaman ki, bədənimiz toksinlərlə zəhərlənir, nəticədə tez yorulur, yuxusuz olur və həzm sistemimiz pozulur.

Bədənimizdə yığılan zəhərli maddələri çıxartmaq üçün bir neçə yol vardır ki, onlardan bəzisinə işarə edək. Nə zaman bədənimiz bu maddələrdən xilas olarsa, bədənimiz əvvəlki gümrahlığına geri qayıda bilər.

Qara buğda.
Qara buğda tez həzm olan bir ərzaqdır. Mədədə qaz əmələ gətirmir. Ona görə də piy şəklində qarın nahiyələrində toplanmır.

Alma.
Almanın tərkibində pektin adlı bir maddə vardır. Bu maddə bədəndə olan toksinları bədəndən xaric edər. Bu maddə həm çəkinin azaldar və həm də həzmə yardım edər. Almanın tərkibində olan su mədədə ağırlıq hissi yaradar və insan özünü tox hiss edər. Əgər bayırda yemək yemək istəyirsinizsə, 20 dəqiqə əvvəl alma yeyin. Almanın tərkibində olan fibrlər həm də xolesterinin miqdarını aşağı salır. Fibrlər bədəndən rahat çıxdığı üçün toksinləri də özü ilə xaric edər.

Tufu.
Tufu soya pendiridir. Bu qidanın tərkində bitki proteynləri vardır. O, insanda toxluq hissini yaradır. Həmçinin tufu, yeməyin həzm olmasına yardım edər. Bədəni toksinlərdən təmizləyər. Tufunun yağlılğı az olur. Mal ətini rahatlıqla əvəz edə bilir.

Quru ərik.
Quru əriyin tərkibi çox zəngindir. Tərkibində olan anti-oksidanlar rahatlıqla toksinlərlə mübarizə aparır. Bu bitki bağırsaqlara da yardım edir. Bağırsaqda yığılmış zərərli maddələri bayıra çıxardır. Zəhərin qarşısını alır.

Avakado.
Avakadonun tərkibində faydalı yağlar vardır. Eyni zamanda anti-oksidanlarla zəngindir. Zəhərin dəf edilməsinə yardım edir. Tövsiyə edirik ki bu meyvəni salatlarınıza əlavə edəsiniz.

Çuğundur.
Çuğundurun tərkibində petani maddəsi vardır və bu maddə ciyərdə maddələr mübadiləsinə yardım edər. Çuğunduru da kök kimi salatlarınıza əlavə edin.

Kələm ailəsi.
Brokoli, Brussel kələmi, yarpaqlı kələm, gül kələm - kələm ailəsinə daxildir. Bu ərzaqlar bədəndəki toksinləri dəf edər. Bu bitkilərdən də salatlarınızda istifadə edin.

İspanaq.
İspanağın tərkibində bədən üçün zəruri olan çox sayda vitaminlər vardır. İspanağı xam halında salatlarınıza əlavə edə bilərsiniz. Ya da ondan kükü bişirə bilərsiniz. Bu tərəvəz də toksinləri dəf edər.

Sarımsaq.
Sarımsaq da toksinləri dəf edən bir tərəvəzdir. Əgər bu bitki mədənizə əziyyət verirsə, onu az miqdarda istifadə etməyə çalışın. Özünüzü ondan tamamilə məhrum etməyin. Sarımsaq zərərli bakteriylara qarşı yaxşı bir dərmandır. İmmuniteti qaldırır.

Acı tərə.
Bu tərəvəz qırmızı qan hüceyrələrini artırar. Bu da bədəni zəhərdən təmizləməyə yardım edər.

Kivi.
Kivinin də tərkibində anti-oksdanlar vardır. Yeməyin rahat həzm olmasına yardım edər.

Pirasa.
Pirasa bağırsaqları təmizləmək qabiliyyətinə malik olan bir tərəvəzdir. Ona görə də həzmə yardım edər.

Kərəviz.
100 qr. kərəvizdə 18 kalori vardır. Ona görə də əgər arıqlamaq istəyirsinizsə, bu tərəvəzə etimad edin. Bu tərəvəz həm də sidikqovucudur. Bədəndəki toksinləri təmizləyər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri