Qadınlar üçün yeni gigiyenik vasitə - AYBAŞI FİNCANI

Müəllif: diablo
Şərhlər: 6
Baxılıb: 2775
Səs ver:
(səs: 0)
Hər bir sağlam qadının hər ay üzləşdiyi narahatlıqlardan biri kimi menstruasiyanı qeyd etmək yerinə düşər.

Aybaşı müddətində məlum səbəblərə görə qadına əminlik verəcək müxtəlif növ şəxsi gigiyena vasitələri icad edilmiş və istifadə edilməkdədir. Bu gigyenik vasitələr diş fırçası və ya sabun qədər əhəmiyyətli və istifadəsinə böyük tələbat olan məhsullar sırasındadır. Elm və müxtəlif texnologiyalar inkişaf etdikcə, aybaşı məsələlərinə yanaşma da dəyişir. Nəticədə aybaşı fincanları kimi yeniliklər meydana gəlir.

Aybaşı fincanı nədir?
Aybaşı fincanı çoxdəfəlik istifadəyə yarayan qadın gigiyenası vasitəsidir. Qıfvari formaya malik olan, yumşaq silikon və ya lateks rezindən hazırlanan, asanlıqla qatlanan, uşaqlıq yoluna daxil edilərək menrtruasiya ifrazatlarını özündə toplayan və sızmasına imkan verməyən kiçik bir əşyadır. www.healthline.com qeyd edir ki, digər vasitələr-bez və ya tampon ifrazatı özünə hopdurduğu təqdirdə, sözü gedən fincanlar həmin ifrazatları tutub-toplamaq prinsipi ilə işləyir.

Sözsüz ki, bütün çoxdəfəlik vasitələr kimi aybaşı fincanlarının istifadəsi zamanı gigiyenik qaydalar mövcuddur və onlara riayət olunmalıdır. İlk növbədə fincan sutka ərzində ən azı 2-3 dəfə çıxarılıb boşaldılmalı, sabunlu su ilə yuyulmalı, qurulandıqdan sonra uşaqlıq yoluna yenidən yerləşdirilməlidir. Yerləşdirərkən əllərin təmiz olmağı da mühüm gigiyenik qaydalardan biridir. Aybaşı bitdikdən sonra fincanı qaynayan suda sterilizasiya etmək tövsiyə olunur. Düzgün qulluq olunarsa, aybaşı fincanları 6 aydan 10 ilə qədər yararlı və işlək vəziyyətdə ola bilər.

Aybaşı fincanlarının digər vasitələrlə müqayisədə üstünlükləri nədədir?

Cibə dostdur. Çoxistifadəli olduğu və uzun müddət istifadəyə yaradığı üçün hər ay aybaşıya dair şəxsi gigiyena vasitələrinin alınmasına ehtiyac qalmır.

Təhlükəsizdir. İfraz olunan qanı özünə hopdurmadığından qadınlarıToksik Şok Sindromu (TŞS) riskinə atmır. TŞS tampon istifadəsi ilə əlaqədar olan nadir bir bakterial infeksiyadır. Bu sindromun əlamətləri qızdırma, səpki, dərinin soyulması və aşağı qan təzyiqi ola bilər.

Daha çox ifrazat saxlaya bilir. Tampon və bezlərdən fərqli olaraq, fincan daha çox ifrazatı tutub saxlaya bilir. Nəticə daha az ayaqyoluna dəyməyə ehtiyac olacaqdır, çünki, 12 saata qədər saxlama qabiliyyəti var. Həmçinin hər dəfə təbii ehtiyacları ödədikdə yuyunmaq üçün tampon kimi (hər 4-8 saatdan bir) onu çıxartmağa və ya bez kimi (hər 3-4 saatdan bir) dəyişməyə ehtiyac olmur. Aybaşı fincanları gecələr daha rahat yatmağa imkan verir.

Təbiətə zərər yetirmir. Çoxdəfəlik, ekoloji səmərəli digər məhsullar kimi aybaşı fincanları uzun müddətli istifadəyə malikdir. Digər tərəfdən ətrafı zibilləyən tampon və bezlər kimi zibillikləri doldurmur, küçələrdə ayaq altında rast gəlinmir.

Qoxunun qarşısını alır. www.webmd.com tibbi saytın verdiyi məlumata görə aybaşı zamanı ifraz olunan qan hava ilə təmada olarkən, xoşagəlməz qoxuya səbəb ola bilər. Lakin aybaşı fincanı hava ilə heç bir təmasa malik olmadığından qoxuya da əsas olmur.

Hər bir əşya və məhsulda olduğu kimi aybaşı fincanlarının da bir neçə narahatlğı var:

- Düzgün ölçü və uyğun olanı tapmaq gərəkdir.

- 2011-ci ildə aparılan araşdırmalara görə aybaşı fincanları bəzi qadınlarda uşaqlıq yolunda qıcıqlanmaya səbəb ola bilər.

- Aybaşı fincanının yerləşdirilməsi və çıxarılmasına bir qədər vərdiş etmək gərəkdir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2775
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Oxatan
Evvelden axira irgene irgene oxudum
19 fevral 2020 15:59
6
#flatearth
Offline
_Mrs_
Xəbərin adını yalan olmasın 3 dəfə oxudum bəlkə səhv görürəm. Bekar qalıblar bir bu qalmışdı.
18 fevral 2020 19:04
5
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Offline
Love-Girl
Xeberi oxuya oxuya bir sual dusundurur meni goresen duzgun taxa bilmesen o fincan da derinlere bas alib getse neteri cixaracaq hemen insan onu? 09 ihi Meni kimiler de vare gerek evde qayinanaya her weyin atcotun veresen ki, sene harasa gedmeye imkan yaradsin( yeni hekime), indi men nece deyim a qaynana men fincan qoydum oda uzaqlara getdi duwdu hekime getmek lazimdihahahah 18 xeste
18 fevral 2020 05:08
4
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
Lusi
Türkiyede daha çox yayılıb. Daha doğrusu qız yutberleri bunu keşfedə çıxarıb. Məntiqlə düşnünəndə tamponda olan pamıq xəstəlik yaradır insanda. Həmcinin bezlərin özüdə. Amma bunu istifadə edilməsinə ürək lazımdı.
Xəbər üçün təşəkkür
17 fevral 2020 21:11
3
Offline
BARBI
Hmm menlik deyil.Yeqinki cetindi qoymaq 23
17 fevral 2020 19:38
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
YalniZ-ArZu
aydaaa...dusunub ne irgenc bir sey kesf edibler.

- Düzgün ölçü və uyğun olanı tapmaq gərəkdir.


day sozum yoxdu 122
17 fevral 2020 19:13
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri