Ağzınız quruyursa... - 5 TƏHLÜKƏLİ SƏBƏB

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 488
Səs ver:
(səs: 0)
İnsan kifayət qədər su içir, lakin buna baxmayaraq ağızda daim quruluq hiss edirsə, bu ciddi xəstəliklərə işarə edə bilər.

Qadınla.Com bildirir ki, ilk növbədə bu halda qanda şəkərin səviyyəsini yoxlamaq lazımdır. Ağızda quruluq, keçməyən susuzluq hissi, sidik ifrazının artması, dəridə yaraların gec sağalması, cinsiyyət orqanlarında qaşınma şəkərli diabetin inkişafına işarə edə bilər.

Bundan əlavə ağızda quruluq "zob" xəstəliyi olan tireotoksikozun əlaməti ola bilər. Ağızda quruluqdan əlavə tireotoksikozun digər əlamətləri arasında: əsəbilik, əllərin əsməsi, ürək döyünməsinin artması, çəkinin azalması və s.

Sinir sistemi xəstəlikləri (depressiya, nevroz, Alsheymer xəstəliyi və s.) zamanı da insan ağızda quruluq hiss edə bilər.

Autoimmun xəstəliyi olan Şeqren sindromu ağız və göz quruluğu ilə özünü büruzə verir.

Qanazlığı və vitamin (xüsusilə A vitamini) çatışmazlığı zamanı da digər simptomlarla yanaşı ağızda quruluq ola bilər.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 488
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri