Evdə virusların toplandığı əsas NÖQTƏLƏR - SİYAHI

Müəllif: Gülşən
Şərhlər: 14
Baxılıb: 2 717
Səs ver:
(səs: 0)
Gündəlik fəaliyyət zamanı toxunduğunuz onlarla yer var. Daim istifadə olunan bu yerlər təmizlik zamanı unudulursa, viruslar, bakteriya və mikroblar çoxalmağa başlayır.

Pəncərə tutacaqları

Xəstəliklərin qarşısını almaq üçün gün ərzində müəyyən fasilələrlə otağı havalandırmaq lazım olur. Bu səbəblə pəncərələri açarkən və bağlayarkən tutacaqlarla təmas yaranır. Onları hər gün antibakterial məhlulla silmək tövsiyə edilir.

Şkaf tutacaqları

Paltarınızı hər gün dəyişdiyinizi düşünsək, gün ərzində toxunduğunuz yerlərdən biri də şkaf tutacaqları olacaq. Tutacaqların üzərində bakteriyaların olduğunu nəzərə alaraq onları təmizləməyi unutmasanız yaxşı olar.

Sabun qabları

Əllərinizi təmizləmək üçün toxunduğunuz sabun dispenser başlığı virusların yaşaya biləcəyi yerlərdən biridir. Bu səbəblə vanna otağını təmizləyərkən sabun qablarını da silməyiniz məsləhətdir.

Elektrik yuvaları

Evdə yaşayan hər bir insanın gün ərzində ən azından bir dəfə toxunduğu elektrik yuvaları təmizlənməsi vacib yerlərdən biridir.

Kondisioner

Mütəmadi olaraq təmizlənməyən kondisionerin filtrində sağlamlığınız üçün təhlükə yarada biləcək mikroblar toplanır.

Qapı tutacaqları

Bir çox əlin toxunduğu qapı tutacaqları virus və bakteriyaların sığınması üçün uyğun nöqtədir. Onları gündəlik sirkə suyu və ya antibakterial bezlərlə silmək faydalıdır.

Texnoloji alətlər

İşinizi idarə etmək və ya əylənmək üçün kompüter, telefon, yaxud televizordan istifadə edirsiniz. Ancaq bu anda kompüter klaviaturasının, telefon ekranının və televizor idarəedicisinin təmiz olduğundan əmin olmalısınız.
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 2 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri