Burun əti nə vaxt əməliyyat olunmalıdı?

Müəllif: ÜlSi❤
Şərhlər: 6
Baxılıb: 2 661
Səs ver:
(səs: 0)
Havalar istiləşdikcə insanlar qışın təsirindən çıxmağa başlayır. Xüsusən uşaqlar soyuq su və yay qidası kimi məşhur olan dondurmalar üçün yayın gəlişinə bir başqa sevinir. Amma bu sevinc uzun çəkmir. Hələ də havaların isti, yaxud soyuq olmasını dəqiqləşdirmək mümkün olmur və məhz belə havalar uşaqlar üçün gizli təhlükədir.

Vitrinləri bəzəyən dondurmalar uşaqlar üçün ani sevinc gətirsə də, arxasında boğaz şişi, angina, düşməyən temperatur və bu kimi əzab verən narahatlıqlar yaradır. Narahatlıqlardan yaxa qurtarmaq yolu isə şişən boğaz ətlərindən qurtuluşdur. Bəzən narahat boğaz ətinin qurbanı normal burun ətləri də olur və valideynlər bir əməliyyatla burun və boğaz ətlərindənm qurtulmaq istəyir.

LOR həkim Turac Bayramov burun və boğaz ətlərinin əməliyyatının Azərbaycanda ən geniş yayılmış əməliyyat olduğunu bildirir. Onun sözlərinə görə, valideynlər bir daşla iki quş vurmaq məsəlinə uyğun olaraq boğaz və burun ətlərinin ikisini birdən kəsdirir. Bundan sonra əsla boğazın ağrımayacağını düşünən valideynlər isə səhv edir. Boğaz əti kəsdirilən zaman bəzən sağlam olan burun əti də kəsilir, halbuki sağlam hissəyə müdaxilə etməyə ehtiyac yoxdur: "Burun əti burun boşluğunun arxası ilə yumşaq damaq, yəni boğazın üst hissəsində yerləşir. Normalda burun əti uşaq 14 yaşına çatanadək normal ölçülərinə gəlir. Kiçilir, bəzən isə yox olur. Böyüklərdə isə demək olar ki, nadir hallarda aşkar olunur. Valideynlər isə 14 yaşa qədər gözləmək əvəzinə tibbi müdaxiləyə üstünlük verir. Burun ətinin böyüməsi infeksion xəstəliklərin nəticəsi olaraq yaranır. Bəzən infeksion xəstəlik keçirməyən insanlarda da burun ətinin böyüklüyü halları ola bilir. Çox böyük olduğu halda burunun arxa divarını örtür və insan nəfəs alıb-verməkdə çətinlik çəkir".
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri