Hansı vitaminləri birlikdə qəbul etmək olmaz?

Müəllif: Btsarmy;)
Şərhlər: 4
Baxılıb: 633
Səs ver:
(səs: 0)
Hazırda uşaqdan böyüyə hər kəs vitamin mineral defisiti yaşayır və bu da orqanizmdə sistem və orqanların işini pozur. Bir çoxları elə özləri aptekdən ürəyi istədiyi vitamini alıb, təlimata əməl etmədən qəbul edib, faydasını gözləyir.

Halbuki bir çox vitaminlərin bir-biri ilə uzlaşmadığını və əksinə birlikdə zərər etdiyini bilmir. Unutmayın ki, artıq içiləndə vitamin də dərd verir.

Bu vitaminlər uyğundur:

A vitamini + E və C
Bu vitaminlər hər biri yağda həll olunan vitaminlərdir. Ona görə bu vitaminləri qəbul etdiyiniz vaxtlar yağlı qida qəbuluna fikir verin və ya həmin gün mütləq yağ qəbul edin. Bu üçlük bir-birinə uyğundur və mane olmur. E vitamini vitaminləri qoruyur, gənclik vitaminidir, A vitamini immunitet və orqanizmin turşulaşmasına qarşı vitamindir, Cvitamini isə bu iki vitamini gücləndirən təbii katalizatordur.

A vitamini dəmir və sinklə də uyğundur, bu minerallarla da eyni vaxtda qəbul edilə bilər.

B 2 vitamini + B6 vitamini
Bu vitaminlər cüt qəbul olunsa yaxşıdır. B 6 vitamini tək aktiv olmayan formada sadəcə orqanizmdən keçib gedir və belə deyək, xaric olur. Məhz vitamin B 2 onu mənimsədir.

• Vitamin B 2 sinklə də əla uyğunlaşır, onun üçün təbii gücləndiricidir. Sinklə birgə B 2 qəbul etdikdə onun gücü artır və orqanizmi qoyur.

B 2 + kalsium
Bu vitamin kalsiumun miqdarına nəzarət edir, onun defisitinin qarşısını alır. B 2 bədəndə az olanda kalsium orqanizmdən çox çıxır.

Vitamin B6 + maqniy
Bu cütlüyü gözəl tanıyırsız, bir-birinə dayaq və köməkçidir. Vitamin maqniyin orqanizmdə mənimsənilməsini təmin edir.

Vitamin B 9+ Cvitamini
Cvitamini B 9un toxumalarda ehtiyat toplanmasına kömək edir.

B 12 +kalsium
Kalsium olmadan B 12-nin orqanizm tərəfindən mənimsənilməsi mümkün deyil

Vitamin C +dəmir+xrom
Bu üçü bir-birinin yaxşı mənimsənilməsi üçün katalizator rolunu oynayır.

Vitamin D+ kalsium+ fosfor
Dvitamini olmadan kalsiumun orqanizm tərəfindən mənimsənilməsi mümkün deyil. Bu üçünü birdən qəbul etmək olar. Əgər orqanizmdə Dvitamini azdırsa, deməli kalsium da yoxdur. Ona görə bunları ayrı-ayrı təyin etmək nəticə vermir.

Evitamini + selen
E vitamininin antioksidant təsiri məhz selenin təsiri ilə on qat artır. Bu ikisi birlikdə hüceyrə və toxumaları zədələnmədən qoruyur, yeniləyi

Vitamin K +kalsium
Bu cütlük sümüklərin möhkəmliyinə, ürək-damara cavabdehdir. K vitamini kalsiuma kömək edir ki, sümükləri qursun,bərkitsin. Eləcə də qanın düzgün laxtalanmasına cavabdehdir.

Bir-birinə uyğun olmayan və birgə qəbulu effektsiz vitaminlər:

B 1 vitamini +B2, B3
Bir qrupdan olan bu vitaminlər bir-birinə mənfi təsir edir və mane olub dağıdır.

B 9 vitamini + sink
B 12 vitamini + Cvitamini + dəmir

E vitamini +dəmir
Bu cütlüyü yazanlar çoxdur, amma dəmir preparatı ilə E vitamini birlikdə qəti yolverilməzdir.

Dəmir +kalsium +maqniy+sink
Bu üçlük dəmirin səviyyəsini azaldır, dəmir tabletlərinin mənimsənilməsini zəiflədir.

Sink + kalsium
Marqans +kalsium +dəmir
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 633
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1361
Xəbər sayı: 5
Qeydiyyat: 18.07.2019
kivircik
Hech vaxt vitamin ichmemishem. Meyve terevezle aram yaxshidi deye mence hech ehtiyac yoxdu dermana
6 may 2020 17:18
4
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 12225
Xəbər sayı: 0
Qeydiyyat: 21.05.2013
tatyana
Sitat: Cema_Axodova
Hekim meslehetsiz uwaqlara vitamin veren valideyjnler mene catmir.sadece vitamindi ne ziyani var duwunurler

Cema menede catmır vallahi, en qeribide odurku ele valideynler coxdur eyy
Hec bir vitamini hekimsiz qebul etmerem, uşaqlarımada yalnız hekim meslehitiyle vermişem
Faydalı xeberdi, teşekkür Btsarmy
6 may 2020 11:36
3
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 878
Xəbər sayı: 19
Qeydiyyat: 27.06.2019
_Tək_ İL_
Sitat: Cema_Axodova
Hekim meslehetsiz uwaqlara vitamin veren valideyjnler mene catmir.sadece vitamindi ne ziyani var duwunurler

Eynilə mən də belə fikirləşirəm. Amma kiçik yaşdan meyvə tərəvəzə öyrədilsə uşaqlar hər birinə. Məncə heç bir vitamin əskik olmaz orqanizmindən.
6 may 2020 09:33
2
Dəli ^_^
Şərh sayı: 6005
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Hekim meslehetsiz uwaqlara vitamin veren valideyjnler mene catmir.sadece vitamindi ne ziyani var duwunurler
6 may 2020 09:18
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri